Naxçıvan dəhlizinin açılması ilə ticarət əhəmiyyətli dərəcədə artacaq.
Bizim.Media-nın məılumatına görə, bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim “Anadolu” agentliyinə deyib.
MÖVZU İLƏ BAĞLI:
Fuat Oktay: “Naxçıvan dəhlizinin açılması ilə..."
Səfir bildirib ki, bu dəhliz Türkiyəni Azərbaycan və Türk dünyası ilə birləşdirəcək:
"Burada yaxşı bir iş birliyini düşünürük. Bu dəhliz yalnız Orta Asiyadakı Türk dövlətlərini deyil, eyni zamanda iki böyük regional güc olan Türkiyə və Rusiya üçün çox qısa yol bağlantısıdır.
Bu, Rusiya ilə Türkiyə arasındakı ticarətdə çox yüksək səviyyəyə qalxma imkanını təmin edəcək", - deyə əlavə edib.
Diplomat, eyni zamanda türk şirkətlərinin işğaldan azad edilmiş bölgələrdə inşaat layihələrində iştirak edəcəyini söyləyib.
Bizim.Media