Banklar TƏHLÜKƏDƏ – Əmanətlər niyə AZALIR? 

Banklar TƏHLÜKƏDƏ – Əmanətlər niyə AZALIR? 

Hazırda oxunan: Banklar TƏHLÜKƏDƏ – Əmanətlər niyə AZALIR? 

128888

Banklardakı depozit gəlirlərinin ötən aydan etibarən vergiyə cəlb edilməsi əhalinin banklardakı əmanətlərinin həcmində azalmaya səbəb olub.

Məlumat üçün bildirək ki, Azərbaycanda əhalinin banklardakı əmanətləri bu il mart ayının 1-nə 11 901.8 milyon manat təşkil edib.

Bu rəqəm fevralın 1-nə olan göstəricidən 0,2% azdır. Bu, ötən ay ərzində əhalinin əmanətlərinin 27 milyon manat azalması deməkdir. 

Ekspertlərin fikrincə ölkə əhalisi pullarını banklardan daha çox,“döşək altına” etibar edirlər. Səbəb isə əmanətlərə görə verdikləri depozit faizlərinin aşağı olmasıdır. 

Onu da qeyd edək ki, 1 fevral 2023-cu il tarixdən etibarən banklarda yerləşdirilən əmanətlərdən əldə olunan gəlirdən 10% vergi tutulur.

Bu vergi yalnız əmanətdən əldə olunan faiz gəlirinə aiddir, yerləşdirilən əmanət məbləğinə isə heç bir vergi tutulmur.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan bank mütəxəssisi-hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə banklara qoyulan əmanətlərin səviyyəsi düşməyib və əvvəlki kimidir:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda inflyasiya azalacaqmı? – PROQNOZ


“Bununla bağlı son bir neçə ildə vəziyyət dəyişməyib. Hər kəsin bir bankda 100 min manata qədər olan əmanətini Əmanətlərin Sığortalanması Fondu sığortalayır. Bankların vəziyyəti pis olsa belə, sözügedən Fond əmanətləri sığortalayır.

Bu baxımdan elə bir təhlükə yoxdur. Bütövlükdə isə Azərbaycan banklarında vəziyyət indiki halda təhlükəli deyil. Ola bilsin ki, növbəti aylarda əmanət həcmlərindəki artım tempi yenidən bərpa edilsin”.

Ekspert problemli kreditlərə də toxunub. O, deyib ki, bu məsələdə bir qədər artım var. Səbəb isə kredit portfelinin çoxalmasıdır. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO