Pərviz Şahbazov: \

Pərviz Şahbazov: \"İlin sonunadək Azərbaycan Macarıstana qaz tədarük edə bilər\"

Hazırda oxunan: Pərviz Şahbazov: \"İlin sonunadək Azərbaycan Macarıstana qaz tədarük edə bilər\"

128101

Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə P. Şahbazov özünün “Twitter” hesabında yazıb. 

“Azərbaycandan Macarıstana ilin sonunadək təbii qaz tədarükünə başlanıla bilər”, - deyə nazir qeyd edib. 

Onun sözlərinə görə, qörüşdə, həmçinin “Yaşıl enerji” layihəsi üzrə zəruri addımları müəyyənləşdirilib. 

Qeyd edək ki, bu gün Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin III iclası keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatına üzv, Macarıstan, Türkmənistan və Şimali Kipr isə müşahidəçi dövlətlərdir. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO