Maliyyə bazarlarında AJİOTAJ – “Neft qiymətlərinin kəskin çöküşü...”

Maliyyə bazarlarında AJİOTAJ – “Neft qiymətlərinin kəskin çöküşü...”

Hazırda oxunan: Maliyyə bazarlarında AJİOTAJ – “Neft qiymətlərinin kəskin çöküşü...”

125999

“Dünən maliyyə bazarlarında ajiotaja səbəb olan hadisənin müvəqqəti olacağı bəlli idi. “Credit Suisse Bank” zərərlərini açıqladıqdan sonra 10% paya malik əsas səhmdarlardan biri olan “Saudi National Bank” səhmdar kapitalını artırmayacağını bəyan etmiş, qlobal maliyyə bazarları bunu “Credit Suisse Bank”ın iflas riskinin artması kimi qiymətləndirmişlər. İsveçrə Mərkəzi Bankı “Credit Suisse Bank”a maliyyə dayanıqlığını artırmaq üçün 54 milyard dollar borc verəcəyini bəyan etdikdən sonra bazarlar sakitləşdi. Neft qiymətlərinə də təsir edən əsas amillərdən biri bu idi”.

Bizim.Media xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Elman Sadıqova məxsusdur.
 

MÖVZU İLƏ BAĞLI:

Neft məhsullarının ixracından gəlirlərimiz 55%-dən çox artıb


“Bu gün Avropa Mərkəzi Bankının Sədri Christine Lagarde Avropa banklarının güclü kapital dayanıqlığının olduğunu və bank sistemi üçün sistem riskinin olmamasını bəyan etdi. Lagarde ümumiyyətlə məsələyə çox etinasız və sakit yanaşdı. ABŞ maliyyə naziri Janet Yellen də eyni mövqeyi sərgilədi və ABŞ Senatında dinləmələr zamanı bank sisteminin kifayət qədər dayanıqlı olduğunu, heç bir sistem riski olmadığını, hadisələrin nəzarət altında olduğunu bəyan etdi”, - deyə ekspert əlavə edib.

Elman Sadıqov sistem riski və ayrı-ayrı bankların iflasının fərqli anlayışlar olduğunu da diqqətə çatdırıb: 

“Sistem riski yaratmayan bir neçə bankın batması həqiqətən də bank sisteminin batması demək deyildir. Dünyanın inkişaf etmiş ölkələri və iqtisadi güc mərkəzləri koordinasiyalı şəkildə hərəkət edirlər. Neft bazarındakı vəziyyət isə nisbətən fərqlidir. FED inflyasiyanı azaltmaq üçün faiz artımlarından əlavə digər təsir vasitələri və siyasətlərini işə saldı. Aşağı enerji qiymətləri inflyasiyanı zəiflədən amillərdən biridir. 

Bank sisteminin dayanıqlı olması ayrı-ayrı bankların, maliyyə təşkilatlarının iflas etməyəcəyi demək deyildir. Ayrı-ayrı bankların, maliyyə təşkilatlarının iflas etməsi isə sistemin batması demək deyildir. Məsələ həqiqətən də nəzarət altındadır. Bankların batmasına imkan verən ABŞ və digər iqtisadi güc mərkəzləri sistem riskinin yaranmasına imkan verməyəcəklərini qəti bəyan etdilər”.

İqtisadçı enerji qiymətləri ilə bağlı həyəcanlandırıcı dəyişikliklərin ola biləcəyi ehtimalını da dəyərləndirib:

“Bu siyasətə qarşı hər hansı OPEC+ üzvü olan ölkənin kəskin bir şəkildə müxalif olacağı gözlənilmir. Narazılıq, bəyanatlar olacaq. Qiymətlərin artımı üçün istehsalın azalması məsələsini ortaya atmaq kimi fikirlər səsləndirilə bilər. Amma kəskin qiymət artımı yaratmaq istəyən istənilən ölkə ciddi problemlə üzləşə bilər. 

Hər bir halda bu neft qiymətlərinin kəskin çöküşünün olacağı demək deyildir. Bu heç ABŞ-ın özünə də sərf etmir. Qlobal iqtisadiyyatda müəyyən soyumalar tələbə müəyyən dərəcədə mənfi təsir edə bilər düşüncəsi mövcuddur. Lakin qarşıdan istilər və turizm mövsümü gəlir. Bu isə yanacağa tələbin artmasını şərtləndirir. İnflyasiyanı azaltmağı əsas prioritetinə çevirən ABŞ isə neft qiymətləri üzrə hazırda yeni qiymət aralığı formalaşdırmaq siqnal və mesajları verir.

Məsələ, hansı ölkələrə hansı qiymətlərin sərf edəcəyidir. Volatillik (qiymət dəyişiklikləri) səviyyəsi isə FED-in növbəti iclası və bu iclas ərəfəsində ABŞ-ın iqtisadi göstəricilərindən asılıdır. 

Bütün hallarda, gedişatın konturları elə 3 bankın iflas etdiyi günlərdə bəlli olmağa başlasa da, qarşıda bizi həyəcanlı və zəngin gündəmli günlər, aylar gözləyir”.


Murad Əhmədov, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO