800 minə yaxın kiçik və orta sahibkarı nə gözləyir? – Yeni QAYDA

800 minə yaxın kiçik və orta sahibkarı nə gözləyir? – Yeni QAYDA

Hazırda oxunan: 800 minə yaxın kiçik və orta sahibkarı nə gözləyir? – Yeni QAYDA

125913

“ƏDV üçün qeydiyyata düşməyi məcbur edən 200 min manatlıq limitin azaldılması ciddi fəsadlar yaradacaq”.

Bu fikirləri Bizim.Media-ya iqtisadçı ekspert Natiq Cəfərli söyləyib. O, son günlər müzakirə olunan bu layihənin doğru olmadığı qənaətindədir:

“Belə olacağı təqdirdə hər şey dövlətin, ya da ki, 2-3 iri holdinqin əlində cəmləşəcək. Biz hamımız isə onların işçilərinə çevriləcəyik”.

Ekspert bildirib ki, bütün dünyada iqtisadi sabitliyin sütunu kiçik və orta biznes strukturlarıdır:

“Hazırda ölkəmizdə 800 minə yaxın kiçik və orta sahibkar var. Əgər bu qayda qüvvəyə minsə onda bu qədər sahibkarlıq subyekti ciddi zərər görmüş olacaq.. Biz illərdir deyirik ki, limit 1 milyon manata qaldırılsın. Yəni kiçik-orta sahibkarlara nəfəs verilsin, şərait yaradılsın. İndi bu qayda hər şeyi köhnə axarına qaytara bilər, bundan son nəticədə ölkə iqtisadiyyatı və əhalisi böyük zərər görəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO