Ana Vətən Partiyası Salyan rayon təşkilatının növbəti konfransı keçirilib
Konfransın işində partiya Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalı və Təşkilat Şöbəsinin müdiri, Mərkəzi Şura üzvü Azər Quluzadə iştirak edib.
İclasda təşkilat komitəsinin hesabatı dinlənilmiş və təşkilati məsələlərə baxılmışdır. İlk olaraq sədr müavini Elçin Ağamalı çıxış edərək regionda və Azərbaycanda gedən ictimai-siyasi proseslər barədə konfrans nümayəndələrinə məlumat vermişdir. O eyni zamanda AVP-nin fəaliyyəti, apardığı siyasət və partiyadakı təşkilatı işlərə də toxunub.
İkinci məsələ kimi təşkilatı məsələlərə baxılmış, rayon təşkilatının sədri, sədr müavini, rayon qadınlar şurasının sədri, rayon gənclər təşkilatının sədri, rayon məclisinin üzvləri, rayon şurası və nəzarət təftiş komissiyasının üzvləri seçilib. Zərbəliyev Şahin Pilağa oğlu AVP Salyan rayon təşkilatının yeni sədri seçilib. Konfransın sonunda partiyaya yeni qoşulmuş anavətənçilərə üzvülük vəsiqələri təqdim edilib.





































































































