Azərbaycanda niyə ancaq 5 ulduzlu otellər tikilir? – İqtisadi DİLEMMA

Azərbaycanda niyə ancaq 5 ulduzlu otellər tikilir? – İqtisadi DİLEMMA

Hazırda oxunan: Azərbaycanda niyə ancaq 5 ulduzlu otellər tikilir? – İqtisadi DİLEMMA

125296

Azərbaycanda turizmin inkişaf fonunda çoxsaylı otellər tikilib istifadəyə verilib. Amma maraqlıdır ki, bu otellərin mütləq əksəriyyəti 4 və 5 ulduzlu otellərdir. Halbuki turizmin inkişafına təkan verən amillərdən biri də daha az ulduzlu otellərin olmasıdır. Azərbaycanda isə iki və üç ulduzlu otellər hələ də demək olar ki, yox səviyyəsindədir. 

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, sərhədlərin bağlı olması sahibkarlar arasında iki və üçulduzlu otellərin tikintisinə marağı öldürüb: 

“Otel biznesində adətən uzunmüddətli yatırıma ehtiyac var. Yəni qısa müddətdə otel biznesi gəlir gətirməyə bilər. Ona görə də Azərbaycanda 5 ulduzlu otelləri daha çox vəsaiti olan iri holdinqlər tikir. Adi iş adamları isə bu sahədə gəlirliyin uzun müddətə təmin olunduğunu nəzərə alaraq həmin sahəyə girişə bilmir”. 
Ekspertə görə, uzunmüddətli və aşağı faizli kreditlərin olmaması da iki və üçulduzlu otellərin geniş yayılmasına maneə olur: 

“Ona görə də Azərbaycanda otel tikintisilə məşğul olan şirkətlərin sayı olduqca azdır. Digər tərəfdən, turizmi prioritet elan etsək də quru sərhədləri hələ də bağlıdır. İki və üçulduzlu otelləri daha çox sərhəd bölgələrində tikmək olar. Amma sərhədlərin bağlı olması bu sahəyə marağı azaldıb. Tiflisdə 700-dən çox hostel olduğu halda, Bakıda isə barmaqla sayılacaq cəmi bir neçəsi var”.  

N.Cəfərli düşünür ki, həmin sahənin inkişafına nail olmaq üçün xüsusi proqram, xüsusi bir yanaşmaya ehtiyac var.

Rüfət Sultan, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO