“İstənlən qanunvericilik bazasında dəyişiklik müasir dünya standartlarına uyğunlaşmaya gətirib çıxarır. Postsovet məkanında da indi anoloji addım atılır. Amma bununla yanaşı, yaşayış standarımız da dünya standartlarına uyğunlaşdırılmalıdır. Lakin hələlik ikinci məsələdə dünya standartından xeyli geri qalırıq”.
Bu fikirləri Milli Məclisdə müzakirə olunan “Energetika haqqında!” qanunu Bizim.Media-ya şərh edərkən iqtisadçı ekspert Fuad İbrahimov deyib. O, bildirib ki, hökumət enerji satışı məsələsini dotasiyaya götürməli, qanunvericilik bazasını, istehlakçıların xərclərini artırmamaq şərtilə, xərcləri azaltmaq nöqteyi-nəzərindən təkmilləşdirməlidir.
Ekspert qeyd edir ki, çünki elektroenergetika haqqında yeni qanunun tətbiqi birmənalı şəkildə xidmət üzrə qiymətlərin bahalaşmasına gətirib çıxaracaq:
Həmsöhbətimizə görə, ümumi prosesləri nəzərə alaraq yaxın 2-3 il ərzində zəmanətli şəkildə sözügedən xidmətlərin bahalaşması baş verməməlidir:
“İndiki beynəlxalq proseslər çox gərgindir, bir tərəfdən müharibələr, bir tərəfdən pandemiya insanların psixikasına çox pis təsir edib. Azərbaycan isə balaca dövlət olmağı ilə bağlı lokal idarəçilik və tez xilası mümkün iqtisadiyyata malikdir. On görə də yeni qanun istehlakçıların xərclərini artırmamaq şərtilə, xərcləri azaltmaq nöqteyi-nəzərindən təkmilləşdirməlidir. Belə yanaşma daha doğru olardı. Yoxsa xalq buna tab gətirə bilməz. Enerji, qaz, su qıtlığı və s. problemlər var ki, biz onu hələ tənzimləyə bilərik”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:50 / 08.03.2023
“Elektroenergetika haqqında yeni qanun bahalaşma yaratmamalıdır” - EKSPERT
Hazırda oxunan: “Elektroenergetika haqqında yeni qanun bahalaşma yaratmamalıdır” - EKSPERT
Hazırda oxunan: “Elektroenergetika haqqında yeni qanun bahalaşma yaratmamalıdır” - EKSPERT
124417
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.