Neft bahalaşacaq - İDDİA

Neft bahalaşacaq - İDDİA

Hazırda oxunan: Neft bahalaşacaq - İDDİA

124041

2023-cü ilin dördüncü rübündə neftin qiyməti bir barel üçün 100 dollara yüksələcək.
Bu barədə aparıcı qlobal investisiya bankçılığı, qiymətli kağızlar və investisiyaların idarə edilməsi şirkəti olan “Goldman Sachs Group, Inc”in əmtəə məhsullarının araşdırılması şöbəsinin rəhbəri Ceff Karri deyib.

Onun fikrincə, neft dünyadakı ehtiyatlarının azalması və pul kütləsinin sabitləşməsi hesabına bahalaşacaq.

Bundan əlavə, Karri qeyd edib ki, qiymət artımına Çinin COVID-ə qarşı sərt məhdudiyyət siyasətinin ləğvi də təsir göstərməlidir. Qeyd edək ki, hazırda neftin qiyməti aşağı düşməkdə davam edir. Neftin bir barrelinin qiyməti son hərraclarda 85 dollar səviyyəsində olub.  

Bizim.Media-ya açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban bildirir ki, neftin qiymətinin 100 dollara çatacağı ilə bağlı səslənən proqnozların reallaşma ehtimalı 50 faizdən çox deyil:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan neftinin qiyməti 88 dolları ÖTDÜ


“OPEK, bir sıra dünya bankları, beynəlxalq enerji agentlikləri ötən ilin dekabrından başlayaraq, cari ilin sonuncu rübündə neftin bir barrelinin qiymətinin 110 dollar olacağını proqnozlaşdırıblar. Onlar sentyabr ayından başlayaraq, tələblə təklif arasında yaranan nisbəti götürməklə neftin qiymətində artım olacağını proqnoz edirlər. Bunu da Çinin neftə olan tələbatının kifayət qədər yüksələcəyilə əlaqələndirirlər. 

Cari ilin üçüncü ayındayıq. Bu ilin əvvəlindən neft və qazın qiyməti ötən illərlə müqayisədə xeyli aşağı qiymətə düşüb. Belədə, bazarda qiymətin bahalaşmasına rəvac verən hansısa səbəb yoxdur. 

Qiymət bahalaşmasının tərəfdarları deyir ki, Rusiya neftinin bazara çıxışı getdikcə azalacaq və tələb artacaq. Ona görə də qiymət artımı mütləqdir. Amma qiymətin 100 dollara çatma ehtimalı 50 faizdən çox deyil”.

Rüfət Sultan, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO