Hansı halda kartlardakı puldan vergi tutulur? – İqtisadçıdan İZAH 

Hansı halda kartlardakı puldan vergi tutulur? – İqtisadçıdan İZAH 

Hazırda oxunan: Hansı halda kartlardakı puldan vergi tutulur? – İqtisadçıdan İZAH 

123659

“Depozit olmayan və sadəcə istifadə etmək üçün kartda olan cari hesablardan 10 faiz vergi tutulması ilə bağlı suallar yaranıb. Cari hesabdakı vəsaitə depozit xüsusiyyəti verildiyi zaman onun gəliri vergiyə cəlb edilir”.

Bizim.Media xəbər verir ki, bu fikirlər iqtisadçı ekspert Eldəniz Əmirova məxsusdur.

İqtisadçı depozit olmayan bank kartlarından vergi tutulması məsələsinə aydınlıq gətirib:

“Məsələn, vətəndaş X bankın debet kartlarını alıb və kartdakı cari hesaba 1000 manat pul qoyub. Bu pul sadəcə cari istifadə üçündür, ya faiz gəlmir, ya da hansısa vergi tutulmur. Amma bir gün vətəndaş eşidir ki, Y bank oxşar bir kart təklif edir və X bankla olan rəqabətdə müştərini qazanmaq üçün elan edir ki, mənim kartıma qoyulan və cari istifadə üçün nəzərdə tutulan vəsaitə illik 5% əlavə verəcəm. Vətəndaş da gedir Y bankın yeni kartını alır. Bir müddət sonra Y bankın kartı olan vətəndaşa SMS gəlirki, Sizdən vergi tutuldu. Bu zaman vətəndaş heç bir vergi tulmayan X bank kartından məmnun, vergi tutulan Y bank kartından narazı qalır”. 

Ekspert bu iddiaların yanlış olduğunu bildirib:

“Ona görə ki, 1000 manat qoyduğun X kartında bir il sonra elə 1000 manat qalır, Y kartındakı 1000 manat isə 1050 manat olur (1000 +5%). Deməli,  bank öz kartına depozit xüsusiyyəti verir və buna görə də birinci bankdan fərqli olaraq ikinci bank kartı vətəndaşa 50 manat pul qazandırır.
Sadəcə qanunverciliyin yeni tələbinə görə faiz gəlirinin 10%-i vergiyə cəlb edilir. Yəni gəlir olan 50 manatın 10%-ni vergi tuturlar və Y kartında 1045 manat pul qalır. Vətəndaş isə 1000 manat pul olan X kartından razı, 1045 manat pul olan Y karttından narazı olur. Çünki, Y kartı ilə bağlı ona SMS gəlir ki, 5 manat vergi tutuldu. Bu da psixoloji olaraq mənim pulumu niyə “yedilər” iradını yaradır”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO