“Ərazilər minalardan təmizləndikcə, aqrar sahədə istehsal artacaq” - Millət vəkili

“Ərazilər minalardan təmizləndikcə, aqrar sahədə istehsal artacaq” - Millət vəkili

Hazırda oxunan: “Ərazilər minalardan təmizləndikcə, aqrar sahədə istehsal artacaq” - Millət vəkili

12293

Dövlət Statistika Komitəsinin  məlumatına görə, yanvar ayında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 341,9 mln. manat təşkil edib ki, onun da 325,5 mln. manatı heyvandarlıq, 16,4 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Mütəxəssislər azad olunmuş ərazilərdə kənd təsərrüfatı işləri üçün əlverişli şərait olduğu üçün bu artımın üzümüzə gələn zamanlarda daha da artacağı barədə proqnozlar verirlər.

Məsələ ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, millət vəkili Sabir Hacıyev Bizim.Media-ya açıqlamasında hazırda işğaldan azad olunan torpaqlarda minalardan təmizləmə işləri getdiyini və bu proseslərin sonunda azad olunmuş torpaqlarda nə qədər artım olacağı proqnozlaşdırılacaq.
 

MÖVZU İLƏ BAĞLI:

“Sərhəd mexanizminin qurulması tezləşdirilməlidir” - Politoloqdan açıqlama


“Hazırda bu barədə proqnoz vermək bir az çətindir. Çünki mina təmizləmə işləri yekunlaşdıqdan sonra, həmin o torpaqlara xüsusi baxış keçiriləcək və qərar qəbul olunacaq. Çünki orada yay, qış və digər fəsillərdə əkiləcək torpaqlar var”.

Millət vəkili həmçinin bildirib ki, həmin o ərazilər münbit torpaqlarla əhatə olunduğu üçün orada potensial çox böyükdür.

“Ərazi demək olar ki, münbit torpaqlarla əhatə olunub. Məndə olan məlumata görə Kənd Təsərrüfatı naziri İman Kərimov və nazirliyin əməkdaşları azad olunmuş bölgələrdə mütəmadi səfərdə olurlar və təmizlənmiş torpaqlarda artıq işlər başladılıb. Sahələr minalardan təmizləndikcə proseslər davam edəcək. Azad olunmuş torpaqlara yeni nəfəs gələcək”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO