İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda ən prioritet sahələri açıqladı

İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda ən prioritet sahələri açıqladı

Hazırda oxunan: İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda ən prioritet sahələri açıqladı

122643

“Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma layihələri bizim üçün ən prioritet sahələrdən biridir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casiri ilə görüşü zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev İslam İnkişaf Bankı qrupunun prezidentini qəbul etdi - FOTO


Prezident İlham Əliyev Şərq-Qərb nəqliyyat dəhlizi, rəqəmsal transformasiya və bərpaolunan enerji sahələrinin də ölkəmizin iqtisadi inkişafında mühüm yer tutduğunu bildirib və qeyd edib ki, bütün bunlarla bağlı həyata keçirdiyimiz layihələrə xeyli sayda tərəfdaş və investor cəlb edilib və ediləcək.

Dövlət başçısı deyib ki, Azərbaycanın uğurlu coğrafi mövqedə yerləşməsi və yaradılan əlverişli biznes mühiti, zəngin iqtisadi potensialımız gələcək əməkdaşlıq və inkişaf prosesləri üçün yaxşı zəmin yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO