Fevralın 23-də Bakıda Yaponiya İmperatoru Naruhitonun doğum gününə həsr edilmiş ziyafət təşkil olunub.
Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada ölkələrimiz arasında sıx diplomatik əlaqələrdən məmnunluğunu bildirib.
Qeyd olunub ki, 1992-ci ildə diplomatik əlaqələrin qurulmasından indiyədək Yaponiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər siyasi, iqtisadi, mədəni, təhsil, o cümlədən xalqlar arasında əlaqələr daxil olmaqla, müxtəlif sahələrdə yüksək templə inkişaf edir. Bu illər ərzində əlaqələr möhkəm dostluq və əməkdaşlıq bağına çevrilib.
Şübhəsiz ki, bu mükəmməl əlaqələrin əsasında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci ilin fevralında Yaponiyaya ilk rəsmi səfəri dayanır ki, bu səfər əməkdaşlığın ən yüksək səviyyədə inkişafına böyük töhfə verib.
Səfir bildirib ki, ölkələrimiz arasında əlaqələrin inkişafına müxtəlif beynəlxalq səviyyəli tədbirlər də töhfə verir.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ölkələrimiz arasında sıx əlaqələrin olduğunu vurğulayıb. Qeyd edilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Yaponiya bir çox sahələrdə onun əsas tərəfdaşlarından biri olub. Ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq müxtəlif sahələrdə yüksələn xətlə davam etdirilir.
“Hazırda iki ölkə arasında təmiz enerji sahəsində uğurlu əməkdaşlıq mövcuddur. Belə ki, işğaldan azad edilmiş ərazilərdə bu əməkdaşlıq çərçivəsində yaşıl enerji zonası üçün konseptual sənəd hazırlanıb”, - deyən nazir Yaponiya ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinin hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
22:59 / 23.02.2023
Azərbaycan və Yaponiya təmiz enerji sahəsində ƏMƏKDAŞLIQ EDİR
Hazırda oxunan: Azərbaycan və Yaponiya təmiz enerji sahəsində ƏMƏKDAŞLIQ EDİR
Hazırda oxunan: Azərbaycan və Yaponiya təmiz enerji sahəsində ƏMƏKDAŞLIQ EDİR
122216
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.