Neft-qaz sektoruna qoyulan xarici sərmayənin məbləği AÇIQLANDI - RƏSMİ 

Neft-qaz sektoruna qoyulan xarici sərmayənin məbləği AÇIQLANDI - RƏSMİ 

Hazırda oxunan: Neft-qaz sektoruna qoyulan xarici sərmayənin məbləği AÇIQLANDI - RƏSMİ 

121857

Azərbaycanın neft-qaz sektoruna 27 il ərzində 89 milyard ABŞ dolları məbləğində xarici sərmayə qoyulub. 

Bizim.Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil energetika siyasətinin müəllifidir” adlı tədbirdə çıxışı zamanı qeyd edib. 

P.Şahbazov "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi və “Şahdəniz” qaz yatağı layihələrindən 170 milyard ABŞ dolları məbləğində gəlir əldə edildiyini açıqlayıb: 

“AÇG və "Şahdəniz" yataqlarından 569 milyon tona yaxın neft, 40,6 milyon ton kondensat, təxminən 390 milyard kubmetr qaz çıxarılıb". 

Nazirin sözlərinə görə, Bakı-Supsa neft boru kəməri ilə nəql edilən 99,4 milyon tonu, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə isə 477,5 milyon tonu Azərbaycana, 55,4 milyon tonu digər ölkələrə məxsus ümumilikdə 533 milyon tondan çox nefti dünya bazarına göndərilib:

"İndiyə kimi ixraca yönləndirilmiş 130 milyard kubmetr qaz üçün bazarlar Cənub Qafqaz Boru Kəməri, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə daha da şaxələndirilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO