“SOCAR Türkiyə’’nin Neft emalı və neft-kimya biznes vahidinin baş maliyyə direktoru (CFO) Elçin İbadov şirkətin baş direktor vəzifəsini icra edən təyin olunub.
Şirkətdən Bizim.Media-ya verilən məlumata görə, Elçin İbadov Çikaqo İllinois Universitetindən məzun olduqdan sonra 2002-ci ildə Çikaqoda Dünya Ticarət Mərkəzində araşdırma mütəxəssisi olaraq əmək fəaliyyətinə başlayıb. 2003-cü ildən etibarən 11 il müddətində PwC şirkətində müxtəlif məsul vəzifələrdə çalışdıqdan sonra 2014-2019-cu illər arasında STAR Neft Emalı Zavodunda (NEZ) maliyyə direktoru və CFO vəzifələrində fəaliyyətini davam etdirib.
2019-cu ilin noyabr ayından etibarən “Petkim”də, həmçinin STAR NEZ, “Petkim”, “SOCAR Depolama” və “SOCAR Petrol Ticaret” şirkətlərini əhatə edən Neft emalı və neft-kimya biznes vahidində baş maliyyə direktoru vəzifəsini icra edib.
“Harvard Business School”da müxtəlif peşəkar təhsil və sertifikat proqramlarını tamamlayan Elçin İbadov iqtisadiyyat, mühasibatlıq, maliyyə, beynəlxalq maliyyə hesabatları standartları və maliyyə auditi mövzularında bir neçə dərsliklərin müəllifi, ACCA, ACFE və IIA kimi beynəlxalq maliyyə və audit təşkilatlarının daimi üzvüdür.
2016-cı ildən “SOCAR Türkiyə”nin baş icraçı direktoru vəzifəsində çalışan Zaur Qəhrəmanov isə SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:26 / 22.02.2023
“SOCAR Türkiyə’’yə yeni rəhbər təyin edildi
Hazırda oxunan: “SOCAR Türkiyə’’yə yeni rəhbər təyin edildi
Hazırda oxunan: “SOCAR Türkiyə’’yə yeni rəhbər təyin edildi
121836
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.