Ölkəyə mal idxal edən şirkətlərə hansı halda kompensasiya ödənilməlidir?

Ölkəyə mal idxal edən şirkətlərə hansı halda kompensasiya ödənilməlidir?

Hazırda oxunan: Ölkəyə mal idxal edən şirkətlərə hansı halda kompensasiya ödənilməlidir?

121651

Xaricdən idxal olunan qida məhsullarının virus aşkarlandığı təqdirdə kütləvi məhv edilməsi nəticəsində sahibkara dəymiş zərərin kompensasiya edilib-edilməməsi məsələsinə aydınlıq gətirilib.

Bizim.Media xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyindən apa.az-a  bildirilib ki, “Qida təhlükəsizliyi haqqında” Qanuna müvafiq olaraq, Agentlik tərəfindən respublikaya idxal olunan qida məhsulları üzərində sənəd, eynilik və fiziki nəzarət tədbirləri həyata keçirilir.

"Risk qiymətləndirilməsi əsasında həmin məhsulların laborator müayinələri aparılır. Müayinələrin nəticəsinə uyğun olaraq hər hansı uyğunsuzluq (təhlükəli hal) aşkarlanarsa, idxalçıya məhsulun ölkə hüdudlarından kənara çıxarılması üçün 10 gün vaxt verilir.

Bu işlər qanuna görə, idxalçı tərəfindən həyata keçirilməlidir.

Bu müddətdə qida məhsullarının geri qaytarılması ilə bağlı tələb yerinə yetirilmədikdə, Agentlik tərəfindən təhlükəli qida məhsullarının məhv edilməsi, utilizasiyası, zərərləşdirilməsi haqqında qərar çıxarılır" - deyə qeyd olunub.

Kompensasiya məsələsinə gəldikdə isə bildirilib ki, qanunvericilikdə bu kimi hallarda dövlət tərəfindən kompensasiya verilməsi nəzərdə tutulmayıb.

"Beynəlxalq təcrübədə də belə bir hal yoxdur. Məhsul ölkəyə biznes məqsədləri ilə idxal olunur. Ölkənin qida təhlükəsizliyi sahəsində idxal tələblərinə əməl etmək də həmin sahibkarın başlıca vəzifələrindən biridir. Bu “Qida təhlükəsizliyi haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Baytarlıq haqqında” qanunlarda da öz əksini tapır. Kompensasiya idxalçı şirkətlə ixracatçı şirkət arasında bağlanan müqavilənin predmeti ola bilər. Agentlik olaraq sahibkarlarla görüş zamanı hər zaman bildirilir ki, müqavilələrdə ölkəmizin idxal tələbləri rəhbər tutulmalıdır. Sahibkarlar sualları yarandığı təqdirdə, Agentliyin “1003 – Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər" - deyə cavabda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO