Bakı-Tbilisi-Ceyhan ilə nəql olunan tranzit neftin HƏCMİ

Bakı-Tbilisi-Ceyhan ilə nəql olunan tranzit neftin HƏCMİ

Hazırda oxunan: Bakı-Tbilisi-Ceyhan ilə nəql olunan tranzit neftin HƏCMİ

121637

2023-cü ilin yanvar ayında Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan tranzit neftinin həcmi 2022-ci ilin analoji dövründəki 430 100 tonla müqayisədə 370 600 ton təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika komitəsinin məlumatında bildirilir.

BTC ilə tranzit neftinin nəqli bütün il ərzində 13,8 faiz azalıb.

Hesabat dövründə 2,5 milyon tondan çox neft nəql olunub ki, bu da dövr ərzində Azərbaycanın magistral boru kəmərləri ilə nəql olunan bütün neftin (3,3 milyon ton) 77,8 faizini təşkil edib. 2022-ci ilin yanvar ayında isə bu göstərici 2,3 milyon ton olmaqla həmin dövrdə nəql olunan bütün neftin (təqribən 3 milyon ton) 77,2 faizini təşkil edib.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ümumi uzunluğu 1768 km təşkil edir, 443 km Azərbaycan ərazisindən, 249 km Gürcüstan ərazisindən, 1076 km isə Türkiyə ərazisindən keçir.

Boru kəmərinin inşası 2003-cü ilin aprel ayında başladılıb, 2005-ci il mayın 18-də boru kəmərinə neft yüklənib.

2002-ci ilin avqust ayında layihənin icrası üçün təsis edilmiş BTC Co. şirkətində pay bölgüsü aşağıdakı kimidir: bp (30,1 faiz), AzBTC (25 faiz), MOL (8,9 faiz), Equinor (8,71 faiz), ТРАО (6,53 faiz), Eni (5 faiz), Total (5 faiz), Itochu (3,4 faiz), Inpex (2,5 faiz), ExxonMobil (2,5 faiz) və ONGC (2,36 faiz).

Bakı-Tbilisi-Ceyhan boru xətti ilə neft 2006-cı ildə kommersiya məqsədi ilə neft nəqli başladıqdan sonra 2022-ci ilin sonunadək 4 milyard bareldən artıq neft nəql olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO