Əhalinin nəzərinə: Dövriyyədə saxta 100 manatlıq əskinaslar var  

Əhalinin nəzərinə: Dövriyyədə saxta 100 manatlıq əskinaslar var  

Hazırda oxunan: Əhalinin nəzərinə: Dövriyyədə saxta 100 manatlıq əskinaslar var  

121462

“2006-cı ildən 2022-ci ilə kimi Azərbaycanda 10 095 ədəd saxta pul nişanı aşkar edilib”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Nağd pul departamentinin Ekspertiza şöbəsinin rəisi Nəsib Pənahlı bu gün "Nağd pul dövriyəsinin təşkili-2023 seminarı"nda deyib.

O bildirib ki, son 4 ildə bununla bağlı 20 cinayət işi açılıb:

“2017-ci ildən sonra milli valyutanın saxtalaşadırılmasında azalma, lakin son 6 altı ildə saxta 100 manatlıq əskinasların artım tempi müşahidə edilir. Belə ki, 2021-ci il 358 saxtakarlıq halından 252-si, ötən il 452 haldan 323-ü məhz 100 manatlıq əskinaslarla bağlı olub”.

Nəsib Pənahlı əlavə edib ki, bununla belə Azərbaycanda saxta pul nişanları ilə bağlı aşkar edilən hallar beynəlxalq təcrübə ilə müqayisədə aşağıdır: 

“Azərbaycanda tədavüldə hər 660 min əsas nağd pul nişanına 1 ədəd saxta pul nişanı düşür. Bu isə beynəlxalq göstəricilərlə müqayisədə azdır. Rusiyada bu göstərici 165 min ədəd, Avropada isə 80 min ədəd təşkil edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO