İlham Əliyev: “Azərbaycanda cəlbedici investisiya mühiti yaradılıb”

İlham Əliyev: “Azərbaycanda cəlbedici investisiya mühiti yaradılıb”

Hazırda oxunan: İlham Əliyev: “Azərbaycanda cəlbedici investisiya mühiti yaradılıb”

121234

“Azərbaycanın Avropa İttifaqı ilə çox sıx əlaqələri var”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxendə Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer ilə görüşündə bildirib.

Prezident İlham Əliyev Azərbaycanın Orta Dəhliz üzərində yerləşən ölkə olaraq nəqliyyat-logistika potensialının daha da artırılması və azad ticarət zonasının yaradılması planları haqqında məlumat verərək, bu sahədə də əməkdaşlıq imkanlarının böyük olduğunu diqqətə çatdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: Azərbaycan Avropanın enerji bazarına qaz ixracını artırıb


Azərbaycanın inkişaf gündəliyində duran rəqəmsal transformasiya, bərpaolunan enerji resurslarının inkişafı və ixracı, nəqliyyat bağlantılarının genişləndirilməsi konsepsiyası haqqında məlumat verən dövlətimizin başçısı Avropa İnvestisiya Bankının hər üç sahə üzrə ölkəmizin yaxın tərəfdaşı ola biləcəyini qeyd edib.

Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizi layihəsinin icrası prosesində Avropa İnvestisiya Bankının maliyyə tərəfdaşı kimi yaxından iştirakına görə təşəkkürünü ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO