"2022-2026-cı illərdə Füzuli, Ağdam, Xocavənd və Tərtər rayonlarında 15 999 evin tikintisi planlaşdırılır".
Bizim.Media xəbər verir ki, bunu Şəhərsalma Məsələləri üzrə İşçi Qrupunun Ağdamda keçirilən iclasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
"Baş plan ilk olaraq Ağdamda təsdiq olunduğu üçün burada bir neçə pilot layihə tətbiq ediləcək. O cümlədən, 2 yaşayış məhəlləsinin layihələndirilməsinə başlanılıb, daha 2 layihə nəzərdə tutulur. 2023-cü ildən bu layihələr hissə-hissə yerinə yetiriləcək.
Dövlət kifayət qədər vəsait ayırıb. 2026-cı ilə qədər bir çox iqtisadi hədəflər qarşıya qoyulub. Füzuli, Ağdam, Xocavənd və Tərtər rayonlarında çoxsaylı infrastruktur layihələri icra edilir. Prezident tərəfindən təməli qoyulmuş layihələr üzrə işçi qrupları formalaşdırılır", - deyə o qeyd edib.
Bizim.Media