Ağdam şəhərində 5608 ev tikiləcək – RƏSMİ 

Ağdam şəhərində 5608 ev tikiləcək – RƏSMİ 

Hazırda oxunan: Ağdam şəhərində 5608 ev tikiləcək – RƏSMİ 

120786

“İnanıram ki, qısa zamanda hər bir azərbaycanlıya işğaldan azad olunmuş ərazilərə səfər etmək qismət olacaq”.

Bizim.Media xəbər verir ki, bunu Ağdamda Şəhərsalma üzrə işçi qrupunun növbəti iclasında çıxışı zamanı Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

“Təbii ki, baş plan ilk olaraq Ağdamda təsdiq olunduğu üçün bir neçə və yeni pilot layihələr burada tətbiq edilir.

Bu gün dövlətimiz öz vəsaiti hesabına cənab Prezidentin tapşırığı ilə layihələndirilən bütün işlərə start verib və hətta bəzi işlər sürətini artırıb. 2026-cı ilə qədər bir çox iqtisadi hədəflər qarşımıza qoyulub.
Ağdam, Füzuli, Tərtər, Ağcabədi ərazilərində çoxsaylı infrastruktur layihələrinə başlanılıb. 20 ailənin köçürülməsi üzrə işlər sürətlənib. Ümumi olaraq cəmi 15999 ev tikilməsi nəzərdə tutulub. Ağdam şəhərində 5608 evin tikilməsi nəzərdə tutulur. Cənab Prezident tərəfindən təməli qoyulmuş layihələrin işçi qrupları hazırlanır”, - deyə Emin Hüseynov bildirib.

O qeyd edib ki, Ağdamda 2 yaşayış məhəlləsinin layihələndirilməsi başlanılıb: 

“Daha 2 layihə də nəzərdə tutulur. 2023-cü ildən bu layihələr hissə-hissə yerinə yetiriləcək. Dövlət tərəfindən kifayət qədər vəsait ayrılıb. Əfsuslar olsun ki, bərpa prosesində işçi qruplarda müəyyən problemlər olur. Sifarişçi qurumlar bunu nəzərə almalıdırlar. Ağdamda bəzi layihələrin nəticələrini ümidlə gözləyirik”.

Onun sözlərinə görə, vacib məsələ yol-kommunikasiya məsələlərinin qurulmasıdır: 

“Aidiyyəti təsərrüfat qurumlar tərəfindən təsdiqlənməlidir. Biz artıq Ağdam nümunəsini layihələndirmişik. Yeni nəsil qazanxana tipli və istilik sistemlərinin quraşdırılması nəzərdə tutulub. Bu bütün layihələrdə nəzərə alınmalıdır. Biz fərqli yanaşmaları tətbiq edirik. Düşmən tərəfindən 8 şəhərimiz yerlə yeksan edilib.

Baş planlar üzrə yeni infrastruktur qurulur. Əvvəli küçələr daha olmayacaq. Yeni küçələr və adlandırmalar olacaq. Ağdamda bu məsələ ilə bağlı dövlət başçısına təqdim olunub. Torpaq islahatı ilə bağlı işlər davam etməkdədir.

İnsanlar köçdükcə vacib məsələ torpaq məsələsidir ki, bu yanaşmalarda beynəlxalq təcrübələr öyrənilir. Bu ayın sonunda İsrail və Türkiyəyə səfərlər olacaq.

Məqsəd oradakı islahat təcrübəsinin öyrənilməsidir. Ailələrin məşğulluq məsələləri xüsusi olaraq nəzərə alınmalıdır. Digər məsələ də özəl investisiyaların cəlb olunmasına diqqət yetirilməlidir. Bu sahədə müəyyən suallar var. Etiraf edirəm.
Sənədlərlə, xüsusən də çıxarışların verilməsi, icarə müqaviləsinin verilməsi, torpaq haqda sənədlərin verilməsi üzərində işləyirik. Əhalinin qayıdışında mina təhlükəsi hələ də qalmaqdadır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO