“Kommersiya banklarının kreditlərinin 80 faizi Bakının payına düşür” – SƏBƏB NƏDİR?

“Kommersiya banklarının kreditlərinin 80 faizi Bakının payına düşür” – SƏBƏB NƏDİR?

Hazırda oxunan: “Kommersiya banklarının kreditlərinin 80 faizi Bakının payına düşür” – SƏBƏB NƏDİR?

12047

“Biznes mühitinin yaxşılaşdırılması Azərbaycanda həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Eyni zamanda kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı ölkə prezidentinin tapşırıqları var”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili Vüqar Bayramov səsləndirdi. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda hələ uzun müddət tənəzzül yaşanacaq – Vüqar Bayramov


Deputatın sözlərinə görə, son illər Azərbaycanda gizli iqtisadiyyatın səviyyəsinin azalması, həm də biznes mühitinin yaxşılaşdırılması müşahidə olunur:

“Dünya Bankının biznes hesabatına görə, Azərbaycan ən yaxşı mövqeyə sahib olan 30, ən çox islahat aparan 10 dövlətdən biridir. Bu isə ondan xəbər verir ki, son illər aparılmış islahatlar Azərbaycanda biznes mühitinə təsir göstərib. 

Amma təbii ki, biznes mühitinin yaxşılaşdırılması strateji bir yanaşmadır. Burada islahatların ardıcıl olması və müvafiq fəaliyyətlərin davam etməsi vacibdir.”

Deputatın fikrincə, biznes mühitinin yaxşılaşdırılması üçün elektron xidmətlərin sayının artırılması, məmur-sahibkar münasibətlərinin minimumlaşdırılması vacibdir. 

“Etiraf etmək lazımdır ki, bu istiqamətdə də xeyli işlər görülüb. Amma bu işlər növbəti dövrdə də davam etdiriləcək. Bununla bağlı konkret proqramlar reallaşdırılmaqdadır. 

Digər tərəfdən tender və dövlət satınalmalarında da şəffaflığın gücləndirilməsi önəmlidir.

Xüsusən də, sahibkarların dövlət satınalmalarında müəssisə rəqabətli şəkildə iştirakı baxımından vacibdir. Düşünürəm ki, bu istiqamətdə də işlərin intensivləşdirilməsinə ehtiyac var. 

Bu birbaşa biznes mühiti ilə bağlı olmasa da, regionlarda fəaliyyət göstərən sahibkarların kreditlərə çıxış imkanları gücləndirilməlidir.

Mərkəzi Bankın rəsmi məlumatına görə, kommersiya banklarının verdikləri kreditlərin 80 faizi yalnız Bakı şəhərinin payına düşür. 

Digər 20% isə regionlara düşür və bu baxımdan da xüsusən girov mexanizmini təkmilləşdirmək lazımdır ki, bölgələrdə fəaliyyət göstərən sahibkarlar da bu imkanlardan daha sıx istifadə edə bilsinlər”,- deyə Vüqar Bayramov bildirdi.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO