Azərbaycan elektrik enerjisinin istehsalını 8%-dək artırıb

Azərbaycan elektrik enerjisinin istehsalını 8%-dək artırıb

Hazırda oxunan: Azərbaycan elektrik enerjisinin istehsalını 8%-dək artırıb

120338

Yanvarda operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 7,7% artaraq 2 755,9 mln. kVt/saat təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.

“Yanvarda İES-lər üzrə 2 664,7 mln. kVt/saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 91,26 mln. kVt/saat elektrik enerjisi istehsal edilib”, - paylaşımda bildirilir.

Məlumata görə, hesabat dövründə ixrac 512.6 mln. kVt/saat, idxal isə 10,8 mln. kVt/saat səviyyəsində olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO