“Dəmir yolu xətti azad olunan ərazilərimizə gediş-gəlişi daha da asanlaşdıracaq” – Deputat - FOTO

“Dəmir yolu xətti azad olunan ərazilərimizə gediş-gəlişi daha da asanlaşdıracaq” – Deputat - FOTO

Hazırda oxunan: “Dəmir yolu xətti azad olunan ərazilərimizə gediş-gəlişi daha da asanlaşdıracaq” – Deputat - FOTO

12007

"Horadiz-Ağbənd dəmir yolu xətti Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Naxçıvana çəkiləcək dəhlizin əhəmiyyətini daha da artıracaq”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov özünün Facebook səhifəsində yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlk dəfə azərbaycanlı BMT komitəsinə vitse-sədr seçildi


Onun sözlərinə görə, ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xətti ölkəmiz üçün həm strateji, həm də ciddi iqtisadi əhəmiyyətə malik olacaq:

"Əvvəlla, bu dəmir yolu xətti işğaldan azad olunan ərazilərimizə gediş-gəlişi daha da asanlaşdıracaq və vətəndaşlarımız alternativ nəqliyyat imkanından istifadə edə biləcəklər. Bərpa və yenidənqurma prosesindən sonra işğaldan azad olunan ərazilərimizə getmək istəyənlərin sayının çox olacağını nəzərə aldıqda bu nəqliyyat infrastrukturunun üstünlüklərini təsəvvür etmək çətin olmaz”.

Deputat qeyd edib ki, dəhliz həm də Azərbaycanın qərb hissəsində fəaliyyət göstərən iş adamları ilə Naxçıvandakı iş adamları arasında əlaqələrin, əməkdaşlığın qurulması baxımından önməlidir:

“Bu da qısa vaxtda məhsulların nəql edilməsinə imkan yaradacaq. Bunun Azərbaycanın iqtisadi inkişafına, eləcə də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına müsbət təsirləri olacaq”.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO