Yanvar ayında 2,3 milyon ton Azərbaycan nefti nəql olunub

Yanvar ayında 2,3 milyon ton Azərbaycan nefti nəql olunub

Hazırda oxunan: Yanvar ayında 2,3 milyon ton Azərbaycan nefti nəql olunub

119647
Bu ilin yanvar ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2.288.590 ton Azərbaycan nefti nəql olunub.

Moderator.az Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu göstərici ötən ilin yanvarından 7% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən (2006-cı il) 2016-cı il fevralın 1-nə qədər BTC-yə 294.963.979 ton neft vurulub.

Bundan başqa, bu ilin yanvar ayında BTC kəməri ilə 358.533 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədədir. Hazırda BTC boru kəməri ilə Azərbaycandan əsasən AÇG nefti və "Şahdəniz" kondensatı daşınır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

"BTC Co."nun səhmdarları isə BP (30,10%), AzBTC (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "İtochu" (3,40%), "Inpex" (2,50%), CİECO (2,50%) və ONGC (2,36%) şirkətləridir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO