"Azərkosmos" kommersiya fəaliyyətinə başladığı 10 il ərzində "Azerspace-1", "Azerspace-2" və "Azersky" peyklərinin xidmətlərindən 500 milyon manat gəlir əldə edib.
Bizim.Media xəbər verir ki, bunu report.az-a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
S.Əsədov hesab edir ki, "Azərkosmos"un gəlirləri stabil olaraq artmaqdadır:
“Hazırda ölkəmiz "Azerspace-1" və "Azerspace-2" telekommunikasiya, "Azersky" müşahidə peykləri ilə kosmik ölkələr sırasında özünəməxsus yer tutur. Ümumiyyətlə, 10 il ərzində qlobal bazarda peyk xidmətlərinin dəyəri iqtisadi və geosiyasi fəaliyyətlə bağlı olaraq həm artmış, həm də müəyyən azalmalar olub. Bu dəyişikliklər fonunda "Azərkosmos"un gəlirləri stabil olaraq artmaqdadır.
Növbəti illərdə peyklərimizin resursları hesabına gəlirlərdə artım dinamikasının qorunub saxlanılması hədəflənib”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:22 / 09.02.2023
“Azərkosmos” indiyədək 3 peykdən yarım milyard manat qazanıb
Hazırda oxunan: “Azərkosmos” indiyədək 3 peykdən yarım milyard manat qazanıb
Hazırda oxunan: “Azərkosmos” indiyədək 3 peykdən yarım milyard manat qazanıb
119495
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.