TDT-yə üzv dövlətlərin məsul qurumları AFAD-la koordinasiyalı fəaliyyətə başladı

TDT-yə üzv dövlətlərin məsul qurumları AFAD-la koordinasiyalı fəaliyyətə başladı

Hazırda oxunan: TDT-yə üzv dövlətlərin məsul qurumları AFAD-la koordinasiyalı fəaliyyətə başladı

119205

Türk dövlətləri Türkiyənin cənub və cənub-şərq bölgələrində baş vermiş dağıdıcı zəlzələlərin vurduğu ziyanın və insan tələfatının artmasına qarşı həyata keçirilən tədbirlərdə Türkiyədəki qardaşları ilə güclü həmrəylik nümayiş etdirir.

Bizim.Media xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) yaydığı bəyanatda bildirilib.

“TDT-yə üzv və müşahidəçi ölkələrin fövqəladə hallar, fəlakətlərin idarə edilməsi və digər məsul orqanları Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) rəhbərliyi ilə koordinasiyalı şəkildə fəaliyyətə başlayıb.
TDT ölkələri Türkiyəyə yardım etmək üçün peşəkar axtarış-xilasetmə qrupları, səhra hospitalları, tibbi, texniki avadanlıqlar və humanitar yardım göndərib.

TDT üzvü, həmçinin müşahidəçi üzv olan ölkələrin dövlət və hökumət başçıları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı və dəstəklərini ifadə ediblər. Bütün türk dünyası xalqları da səfərbər olub və sosial şəbəkələrdə zəlzələdən zərər çəkən qardaş-bacılarına dəstək mesajları verirlər”, - deyə bəyanatda qeyd olunub.

Bildirilib ki, TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev Türkiyə Prezidenti Rəcəb Tayyob Ərdoğana başsağlığı mesajı göndərib və dərhal sonra həmrəylik bəyanatı yayıb: 

“Türkiyədə elan edilən 7 günlük milli matəmlə əlaqədar TDT mərkəzi ofisindəki bayraqlar yarıya qədər endirilib. TDT Katibliyinin əməkdaşları da AFAD vasitəsilə zəlzələ bölgəsinə pul yardımı göndəriblər. TDT Katibliyi təbii fəlakətdən zərər çəkmiş vətəndaşlara yardım göstərmək üçün səylərini davam etdirir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO