Naxçıvanda idarəetmənin təkmilləşdirilməsi, iqtisadi potensialdan səmərəli istifadə, sosial-iqtisadi sahədə şəffaflığın artırılması, işgüzar mühitin yaxşılaşdırılması, sahibkarların qarşılaşdıqları çətinliklərin aradan qaldırılması prioritetdir.
Bizim.Media İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə dövlət qurumlarının təmsilçiləri və iş adamlarından ibarət nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşdə bildirilib.
Görüşdə bu sahədə həyata keçirilən nəticəyönümlü islahatlar Muxtar Respublikanın ölkəmizin iqtisadi artım templərinə uyğun davamlı inkişafını şərtləndirəcəyi qeyd edilib.
Eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvanda reallaşdırılan genişmiqyaslı tədbirlər, sistemli quruculuq işləri, o cümlədən mühüm infrastruktur layihələri, enerji təchizatı, müasir yolların, təhsil və səhiyyə obyektlərinin inşası, yeni müəssisələrin açılması və iş yerlərinin yaradılması istiqamətində görülən işlər vurğulanıb.
Naxçıvanda sosial-iqtisadi sferada müsbət dəyişikliklər yönündə görülən işlər, dövlət qurumlarının bu istiqamətdə fəaliyyətinin gücləndirilməsi tədbirləri barədə məlumat verilib, qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsində resursların və kadr potensialının səfərbər edildiyi qeyd olunub.
Görüşdə Naxçıvanda biznesin genişlənməsinə dəstək, özəl sektorun üzləşdiyi məsələlərin həlli yolları, müvafiq qurumların bu sahədə fəaliyyətinin gücləndirilməsi və digər məsələlər barədə müzakirələr aparılıb.
Naxçıvana səfər çərçivəsində M.Cabbarov Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə görüşüb. Görüşdə qurumun fəaliyyəti üzrə müzakirələr aparılıb.
Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar və əldə olunan nəticələr fonunda İqtisadiyyat Nazirliyinin iqtisadi tənzimləmədə artan rolu vurğulanıb və Naxçıvanda da müvafiq qurumun səlahiyyətlərinin səmərəli şəkildə həyata keçirilməsinin önəmi diqqətə çatdırılıb, ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan hədəflərə nail olmaq üçün müvafiq tövsiyələr verilib. Görüş çərçivəsində Nazirlikdə mövcud şəraitlə tanışlıq olub.
Görüşdən öncə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
19:20 / 07.02.2023
Mikayıl Cabbarov: “Naxçıvanın inkişafı üçün mövcud biznes mexanizmlərini tətbiq edəcəyik”
Hazırda oxunan: Mikayıl Cabbarov: “Naxçıvanın inkişafı üçün mövcud biznes mexanizmlərini tətbiq edəcəyik”
Hazırda oxunan: Mikayıl Cabbarov: “Naxçıvanın inkişafı üçün mövcud biznes mexanizmlərini tətbiq edəcəyik”
119064
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.