Ukrayna Xəzər regionundan Aİ ölkələrinə qazın saxlanması və tranziti üçün öz infrastrukturunu və sərbəst imkanlarını təmin etməyə hazırdır.
Bizim.Media xəbər verir ki, bu barədə departamentin mətbuat xidmətinin saytında Ukraynanın energetika nazirinin müavini Nikolay Kolesnik bildirib.
“Bir neçə aydan sonra qazın vurulması mövsümü başlayacaq. Aİ ölkələrinin əksər UGS obyektləri (yeraltı qaz anbarları - red.) doludur.
Bu da Ukraynanın UGS obyektlərinə marağın artmasına səbəb olur. Əsas həll yolu mövcud infrastrukturdan - Trans-Balkan qaz kəmərinin imkanlarından istifadəyə əsaslanır. Ukraynanın GTS (qaz ötürmə sistemi - red.) operatoru üçün bu, dövlətlərarası əlaqə məntəqələri vasitəsilə yeni xidmət müştərilərini cəlb etmək imkanıdır”, - deyə o, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 9-cu nazirlər iclasında çıxışı zamanı bildirib.
“Biz “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində maraqlıyıq və təbii qazın nəqli marşrutlarının şaxələndirilməsində əməkdaşlığa hazırıq”, - deyə Kolesnik əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
19:20 / 04.02.2023
Ukrayna Azərbaycan qazının saxlanması üçün infrastruktur yaratmağa hazırdır
Hazırda oxunan: Ukrayna Azərbaycan qazının saxlanması üçün infrastruktur yaratmağa hazırdır
Hazırda oxunan: Ukrayna Azərbaycan qazının saxlanması üçün infrastruktur yaratmağa hazırdır
118481
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.