Bu il aqroparklarda ərzaqlıq buğda istehsalının həcmi açıqlandı

Bu il aqroparklarda ərzaqlıq buğda istehsalının həcmi açıqlandı

Hazırda oxunan: Bu il aqroparklarda ərzaqlıq buğda istehsalının həcmi açıqlandı

117835

Bu il Azərbaycanda fəaliyyət göstərən aqroparklarda 145 min ton ərzaqlıq buğda istehsalı proqnozlaşdırılır.

Bizim.Media xəbər verir ki,bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədrinin müavini Zamir Dibirov qurumun 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

"2021-2022-ci illər ərzində aqroparklarda 147 min hektar torpaq sahəsi əkin növbəsinə cəlb edilib. Bunların 16,4 min hektarında təkrar əkinlər aparılıb. Əsas yanaşma suvarma suyuna qənaət edilməsi və müasir suvarma sistemlərinin tətbiqidir. Ötən il aqroparklarda 156 min ton buğda istehsal edilib ki, bunun da 89 min tonu ərzaqlıq buğda olub", - Z.Dibirov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO