Azərbaycanda istehsal edilən elektrik enerjisi Avropaya TƏDARÜK EDİLƏCƏK 

Azərbaycanda istehsal edilən elektrik enerjisi Avropaya TƏDARÜK EDİLƏCƏK 

Hazırda oxunan: Azərbaycanda istehsal edilən elektrik enerjisi Avropaya TƏDARÜK EDİLƏCƏK 

117517

“Biz Azərbaycanda istehsal edilən elektrik enerjisini Avropaya gətirəcəyik. Azərbaycandan gələn həm təbii qaz, həm də elektrik enerjisi Macarıstandan keçəcək. Həmçinin nəqliyyat marşrutu üzərində yerləşdiyimiz üçün Macarıstanın da rolu artacaq”.

Bizim.Media xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Son bir ildə Azərbaycana enerji təchizatı ilə bağlı 10-dan çox ölkədən sifarişlər gəlib


Macarıstanın həll yolunun tərkib hissəsi olacağını vurğulayan Baş nazir deyib:

“Aydın məsələdir ki, infrastruktur layihələrinin inkişafına böyük ehtiyac olacaq. Burada nəhəng vəsaitlərdən söhbət gedir, böyük layihələr həyata keçirilməlidir. Biz artıq Bolqarıstanın, Rumıniyanın, Slovakiyanın enerji şirkətləri ilə danışıqlara və əməkdaşlığa başlamışıq ki, buraya lazımi vəsait cəlb edilsin.

Rumınlar, bolqarlar və macarlar artıq əməkdaşlığa başlayıblar. Bu, təkcə regional deyil, bu, pan-Avropa məsələsidir. Ona görə bizim gözləntimiz odur ki, Avropa Komissiyası bu layihələri dəstəkləyəcək”.
Prezident İlham Əliyevlə bu yaxınlarda Buxarestdə növbəti saziş imzaladıqlarını xatırladan Viktor Orban qeyd edib ki, bununla da Qara dənizin dibi ilə çəkiləcək elektrik enerjisi kabeli Azərbaycanın yaşıl enerjisini Avropaya gətirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO