“Azərkosmos" bu il 2-6 oktyabr tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin təşkil edilməsi məqsədilə sərgi pavilyonu konstruksiyalarının satın alınması tenderinə yekun vurub.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, tenderin qalibi Almaniyanın "Losberger De Boer" GMBH şirkəti seçilib. Qalib şirkətə müqavilə üzrə 6 milyon 178 min 775.6 manat ödəniləcək.
Qeyd edək ki, “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda Bakıda keçiriləcək konqresdə kosmik sahənin aparıcı qurumlarından – ABŞ-ın (NASA), Fransanın (CNES), “Airbus”, “Boeing”, Yaponiyanın (JAXA), Türkiyənin (TUA) və bir çox digər dövlətlərin nümayəndələri də olmaqla 6 mindən çox qonaq bir araya gələcək. Konqresdə "Amazon"un qurucusu və rəhbəri Cef Bezos və ABŞ-ın "Space X" şirkətinin rəhbəri İlon Maskın da iştirakı gözlənilir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:47 / 25.01.2023
“Azərkosmos" İlon Maskın da qatılacağı tədbirə nə qədər vəsait xərcləyəcək?
Hazırda oxunan: “Azərkosmos" İlon Maskın da qatılacağı tədbirə nə qədər vəsait xərcləyəcək?
Hazırda oxunan: “Azərkosmos" İlon Maskın da qatılacağı tədbirə nə qədər vəsait xərcləyəcək?
116557
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.