Ağır çəkili nəqliyyat vasitələrinin hərəkətinə bu qaydada icazə veriləcək

Ağır çəkili nəqliyyat vasitələrinin hərəkətinə bu qaydada icazə veriləcək

Hazırda oxunan: Ağır çəkili nəqliyyat vasitələrinin hərəkətinə bu qaydada icazə veriləcək

116357

Avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkətinə xüsusi icazənin verilməsində «bir pəncərə» prinsipi tətbiq ediləcək, xüsusi icazənin verilməsi üçün daşıyıcı yalnız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət ediləcək.

Bizim.Media xəbər verir ki, bu, avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi ilə bağlı “Avtomobil nəqliyyatı” və Dövlət rüsumu haqqında qanunlara təklif olunan təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, xüsusi icazənin verilməsi üçün elektron xidmət təşkil ediləcək. Daxil olan müraciətə aidiyyəti üzrə Daxili İşlər Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən baxılması üçün, daxil olan müraciət həmin qurumlara elektron sistem üzərindən yönləndiriləcək.
Mümkün sui-istifadə hallarının istisna edilməsi məqsədilə xüsusi icazənin verilməsi üçün dövlət rüsumu, həmçinin iriqabaritli və/və ağırçəkili nəqliyyat vasitəsinin müşayiət (DİN) və mühafizə (AAYDA) avtomobili ilə müşayiəti, eləcə də marşrutun müəyyən edilməsi üçün xidmət haqqı müəyyən ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO