Azərbaycanın hədəfi Avropa bazarına qaz ixracını iki dəfə artırmaqdır

Azərbaycanın hədəfi Avropa bazarına qaz ixracını iki dəfə artırmaqdır

Hazırda oxunan: Azərbaycanın hədəfi Avropa bazarına qaz ixracını iki dəfə artırmaqdır

115482

“Biz enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaratmışıq və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olmuşuq”. 

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Çinin “CGTN” telekanalına müsahibəsində qlobal enerji böhranı ilə bağlı suala cavabında bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Çinin televiziya kanalına MÜSAHİBƏ VERDİ - FOTO 


“Mən enerji siyasətimizdə hər zaman demişəm ki, Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyacaq.

Balans olmasa, bu iş uğursuz olacaq. Enerji prosesinin hər bir hissəsinin sözsüz ki, töhfədən asılı olaraq öz mənfəət payı olmalıdır, bu, ədalətli olmalıdır. Biz hər zaman ədalətli olmuşuq. Ona görə də, biz iki il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisini tamamladıq”, - deyə dövlətimizin başçısı qeyd edib. 

Azərbaycan Prezidenti vurğulayıb ki, Cənub Qaz Dəhlizi 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını – Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir: 

“Biz komanda işini qurmağa nail olduq. İndi - bütün bu infrastruktur layihələrinin hazır olduğu bir vaxtda belə alındı ki, bizim qazımıza indiyədək olduğundan daha çox ehtiyac var. Bizim Avropaya kəmərimiz enerji təhlükəsizliyinə töhfənin elementlərindən biridir. 

Ötən il biz Avropa bazarına qaz ixracını iki dəfə artırmaq üçün Avropa Komissiyası ilə sənəd imzaladıq.

Biz 5 il ərzində bu hədəfə nail olacağıq, bu, mümkündür, baxmayaraq ki, asan olmayacaq. Azərbaycan sözsüz ki, təbii qazın çox böyük təchizatçısı deyil, lakin bizim Şərqi və Cənubi Avropada bazarımız var və gələcəkdə daha çox qaz hasil etdikcə, coğrafiyamızı genişləndirəcəyik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO