Ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb

Ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb

Hazırda oxunan: Ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb

115479

“Azərbaycan çox böyük coğrafiyanı əhatə edən “Bir kəmər, bir yol” təşəbbüsünə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq”. 

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Çinin “CGTN” telekanalına müsahibəsində bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Çinin televiziya kanalına MÜSAHİBƏ VERDİ - FOTO 


“Son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik”, - deyə dövlətimizin başçısı qeyd edib. 

İlham Əliyev Azərbaycanın əsasən dəmir yolu infrastrukturuna investisiya yatırdığını vurğulayıb:

“Bunu təkcə Azərbaycanda yox, regionda da etdik. İndi isə biz bu dəmir yolunu Bakıdan qərb istiqamətində genişləndirmək üçün əlavə sərmayə yatırırıq. Biz bütün digər layihələri - avtomagistrallar, hava limanları kimi layihələri də həyata keçirmişik. 

Açıq dənizə çıxışı olmayan Azərbaycanın beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildiyini qeyd edən dövlətimizin başçısı deyib:

“Həmçinin “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutlar, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı. İndi isə biz Şimal-Qərb marşrutu haqqında da danışırıq. Bu, uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər. Əlbəttə ki, nəqliyyat layihələrinə necə münasibət göstərməsi ölkələrin strategiyasından asılıdır. Bizim üçün bu, iqtisadiyyatımızı şaxələndirmək və neft-qaz gəlirlərindən asılılığımızı azaltmaq üçün əsas amillərdən biri idi”. 

Ölkə başçısı bildirib ki, ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb:  

“Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görədir. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir”. 

Tarif siyasəti də mühüm məsələdir. Çünki burada bir çox ölkələrin səylərinin birləşdirilməsi lazımdır ki, bizim razılaşdırılmış tarif siyasətimiz mövcud olsun və heç bir ölkə süni şəkildə öz mənfəətini artırmağa çalışmasın. Biz müştərək faydanı görməyi öyrənməliyik.

Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar”, - deyə Azərbaycan Prezidenti vurğulayıb. 

Həyata keçirilməsinə başlanılan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Xəzər dənizinə istiqamətləndiyini bildirən Prezident İlham Əliyev deyib ki, bu, çox vacib əlavə təchizat marşrutudur və Orta Dəhlizin parlaq gələcəyi var. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO