“Fitch Solutions” beynəlxalq reytinq agentliyi Azərbaycana investisiyalarla bağlı proqnozunu yaxşılaşdırıb. Belə ki, agentlik Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan iqtisadiyyatı üçün yaranan imkanları dəyərləndirib.
Proqnozda qeyd olunub ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Azərbaycanın qeyri-neft sektoruna investisiyaları artıracaq.
Bəs, bu artım daha çox hansı sahələrdə hiss olunacaq?
Mözvunu Bizim.Media üçün şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Rusiya-Ukrayna müharibəsinin başlanğıcından etibarən yaranmış vəziyyətin investisiya həcmlərinin artması ilə nəticələnəcəyi qeyd olunurdu:
“Xüsusən də, ölkəyə Rusiyadan daxil olacaq investisiyaların həcminin artacağını proqnozlaşdırmışdıq. Hazırda mövcud situasiya da bu proqnozların doğrulduğunu göstərdi. Birinci səbəb bundan ibarətdir ki, Rusiyaya tətbiq olunmuş sanksiyalar fonunda bu ölkəyə investisiya yatırmağa fokuslanmış investorlar alternativ kimi, region ölkələrinə, ələxsus da Azərbaycan, Gürcüstan və Ermənistana diqqəti yönəldirlər. Təbii olaraq Azərbaycanın sahib olduğu resurslar, getdikcə yaxılaşdırılan investisiya mühiti imkanları daha da artırır.
Rusiya seçən investorların Azərbaycana üz tutması ilə yanaşı, rusiyalı iş adamlarının da ölkənin gələcəyi ilə bağlı tərəddüdlər yaşaması onların da investisiyalarını daha etibarlı hesab etdikləri regionlara yönləndirməsinə şərait yaradır. Bu istiqamətlərdən biri də Azərbaycandır”.
Ekspert sadalanan faktorların Azərbaycan üçün əlavə fürsətlər yaratdığını da vurğulayıb:
“Azərbaycana yatırılacaq investisiyaların istiqamətlərinə gəlincə isə, daha çox kənd təsərrüfatı, alternativ enerji resurslarının istehsalı sahələri önə çıxır. Çünki ölkəmizdə alternativ enerji istehsalı üçün resurslar kifayət qədərdir. Bununla yanaşı, ötən ilin yayında Avropaya qaz ixracı ilə bağlı rəsmi müzakirələrdə Cənab Prezident qeyd etmişdi ki, Azərbaycan öz enerjisini sadəcə qazanc üçün satmır. Eyni zamanda Avropanın Azərbaycanda investisiya həcmlərinin artırılması təklif edilir.
Təbii ki, kənd təsərrüfatı, alternativ enerji və emal sənayesinin inkişafı, eləcə də sənaye məhəllələrinin, azad iqtisadi zonaların, sənaye parklarının yaradılması Azərbaycanda qeyri-neft sektorunun böyüməsinə imkan verən zəruri addımlardır. Düşünürəm ki, qeyri-neft sektorunda xarici investisiyaların yönəldiyi əsas istiqamətlər məhz bunlar olacaq”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:40 / 13.01.2023
Qeyri-neft sektorunun inkişafı üçün FÜRSƏT – “Bu sahələr ön planda olacaq”
Hazırda oxunan: Qeyri-neft sektorunun inkişafı üçün FÜRSƏT – “Bu sahələr ön planda olacaq”
Hazırda oxunan: Qeyri-neft sektorunun inkişafı üçün FÜRSƏT – “Bu sahələr ön planda olacaq”
114592
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.