Əmək haqqı artımı kimləri əhatə edəcək? - AÇIQLAMA 

Əmək haqqı artımı kimləri əhatə edəcək? - AÇIQLAMA 

Hazırda oxunan: Əmək haqqı artımı kimləri əhatə edəcək? - AÇIQLAMA 

113286

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əmək haqqı 345 manata çatdırılıb. Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər də artırılacaq. Artımlar yanvarın 1-dən hesablanacaq. 

Bizim.Media xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bu barədə "facebook" səhifəsində məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Bu günə olan valyuta MƏZƏNNƏSİ 


O qeyd edib ki, son sərəncam sosial təminata daha çox ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi baxımdan vacibdir.

Millət vəkili bildirib ki, 700 min vətəndaşımızı əhatə edəcək minimum əmək haqqıdakı artım üçün dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılcaq: 

"Minimum pensiyadakı artımı da nəzərə alsaq maaş və pensiyalar üzrə artımdan 800 mindən çox vətəndaşımız birbaşa faydalana biləcəklər. Bu o deməkdir ki, hansı sektorda çalışmasından asılı olmayaraq minimum əmək haqqı alan bütün vətəndaşlarımızın maaşları artacaq. Artımlar özəl sektoru da əhatə edəcək. Yəni, yalnız dövlət sektorunda deyil, özəl sahədə də bu ildən 345 manatdan az əmək haqqı verilə bilməz". 

Vüqar Bayramov əlavə edib ki, son sərəncam ilə Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq minimum əmək haqqı 200 dollarlıq həddi keçdi: 

"Minimum əmək haqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu 40,2 faiz üstələyəcək. Bu sərəncam eyni zamanda digər sahələrdə də artım üçün baza yaradacaq. Son sərəncam 2023-cü ildə də sosial təminat məsələlərinin prioritet olacağını bir daha təsdiq edir. Sosial proqramlarda artımlar il ərzində davam etdiriləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO