Bu il Azərbaycanda feromon və rəngli tələlərin istehsalı üzrə Rusiya ilə birgə istehsalın işə salınması planlaşdırılır.
Bizim.Media "Rosselxoznadzor"a istinadən xəbər verir ki, layihə Ümumrusiya Bitki Karantini Mərkəzinin (FGBU “VNIIKR”) alim və mütəxəssisləri tərəfindən hazırlanıb.
Bu məsələ Azərbaycan nümayəndə heyətinin Rusiyaya səfəri çərçivəsində, “VNİİKR” Federal Dövlət Büdcə Qurumunun direktoru Yevgeni Nazinlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev arasında keçirilən görüşdə müzakirə edilib.
Danışıqlar zamanı tərəflər iki ölkənin mütəxəssisləri arasında qarşılıqlı fəaliyyət sahələrinin genişləndirilməsini, eləcə də birgə elmi tədqiqatların aparılması məsələlərini müzakirə ediblər.
Bundan başqa, "VNIIKR" Federal Dövlət Büdcə Təşkilatının əməkdaşlarının materialların və kolleksiyaların arxivdə saxlanması ilə bağlı təcrübəsini bölüşdükləri entomoloji fondun yaradılmasına yanaşmalar müzakirə edilib.
Qeyd edilib ki, alim və mütəxəssisləri arasında əməkdaşlığın inkişafı Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərəcək.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:15 / 03.01.2023
Azərbaycanda Rusiya ilə birgə feromon tələlərinin istehsalına başlanılacaq
Hazırda oxunan: Azərbaycanda Rusiya ilə birgə feromon tələlərinin istehsalına başlanılacaq
Hazırda oxunan: Azərbaycanda Rusiya ilə birgə feromon tələlərinin istehsalına başlanılacaq
112949
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.