Naxçıvanın mərkəzi bazarında bayram yarmarkası quruldu - QİYMƏTLƏR 

Naxçıvanın mərkəzi bazarında bayram yarmarkası quruldu - QİYMƏTLƏR 

Hazırda oxunan: Naxçıvanın mərkəzi bazarında bayram yarmarkası quruldu - QİYMƏTLƏR 

111566

Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi bazarda bayram yarmarkasına start verilib. 

Bizim.Media “Yeni Sabah” nəşrinə istinadən xəbər verir ki, təsərrüfatçılar heç bir rüsum ödəmədən yetişdirdikləri bol məhsulu rahat şəkildə satır, alıcılar isə keyfiyyətli yerli məhsulları daha ucuz əldə edirlər. 

Bayramda ən çox tələbat olan məhsullardan hind quşu və toyuq əti 13 manata, diri hind quşu və toyuğun 1 kiloqramı isə 10 manata təklif olunur.

Çaşır və baldırğan turşularının dəstəsi 50 qəpiyə, pendir 7, qoz 6, lobyanın bir kiloqramı 5 manata satılır. Balıq məhsullarının qiyməti də alıcıların ürəyincədir.

Bazarda yerli məhsullarla yanaşı, Azərbaycanın digər regionlarından gətirilmiş  müxtəlif məhsulların da alıcısı çoxdur. Həmçinin sənaye müəssisələrində istehsal olunan məhsullar da topdansatış qiymətinə istehlakçılara təklif olunur.
Bir sözlə, yarmarkada fermerlərə və digər torpaq mülkiyyətçilərinə hər cür şərait yaradılıb. Alıcılar da yüksək əhval-ruhiyyə ilə bayram bazarlığı edirlər.

Qeyd edək ki, yarmarka dekabrın 30-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO