Pərviz Şahbazov serbiyalı həmkarını Cənub Qaz Dəhlizi ilə bağlı Nazirlərin iclasına DƏVƏT ETDİ 

Pərviz Şahbazov serbiyalı həmkarını Cənub Qaz Dəhlizi ilə bağlı Nazirlərin iclasına DƏVƏT ETDİ 

Hazırda oxunan: Pərviz Şahbazov serbiyalı həmkarını Cənub Qaz Dəhlizi ilə bağlı Nazirlərin iclasına DƏVƏT ETDİ 

110905

Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov ilə Serbiya Baş nazirinin müavini, maliyyə naziri Sinisa Mali və energetika naziri Dubravka Jedoviç arasında görüş olub. 

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Azərbaycan-Serbiya enerji əməkdaşlığının gündəliyindəki prioritet məsələlər müzakirə edilib.  

Təbii qaz, elektrik enerjisi və bərpa olunan enerji sahələrində əməkdaşlıq üçün yeni imkanlar Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji” dəhlizinin yaradılması çərçivəsində dəyərləndirilib.

Hər iki dəhlizin Serbiya da daxil olmaqla, Avropa ölkələrinin enerji təchizatının diversifikasiyası və enerji təhlükəsizliyi üçün strateji əhəmiyyəti vurğulanıb. 

Məlumata görə, Serbiya və Bolqarıstan arasında interkonnektorun inşasının gələcəkdə Azərbaycandan təbii qazın ixracına imkan yaratdığı və Serbiyanın ölkəmizlə uzunmüddətli əməkdaşlıqda maraqlı olduğu ifadə edilib. Eyni zamanda, Serbiyanın gələcəkdə Qara dəniz sualtı elektrik xətti layihəsinə qoşulma perspektivləri nəzərdən keçirilib.

İki ölkənin enerji əməkdaşlığının inkişafı üçün enerji sahəsi üzrə müzakirələrin İşçi Qrupu çərçivəsində davam etdirilməsinin vacibliyi bildirilib. 

Söhbət zamanı energetika naziri Dubravka Jedoviç 2023-cü ilin fevral ayında Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 9-cu iclasına dəvət edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO