Manatın məzənnəsi 2026-cı ilə qədər sabit qalacaq - PROQNOZ

Manatın məzənnəsi 2026-cı ilə qədər sabit qalacaq - PROQNOZ

Hazırda oxunan: Manatın məzənnəsi 2026-cı ilə qədər sabit qalacaq - PROQNOZ

110635

Azərbaycanda ən azı 2026-cı ilə qədər milli valyutanın ABŞ dollarına bağlılığının saxlanacağı gözlənilir, çünki manata təzyiq xeyli azalacaq, Dövlət Neft Fondunun aktivləri isə xarici valyutaya tələbi qarşılamaq üçün kifayət edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) hesabatında deyilir.

Bank Azərbaycan Mərkəzi Bankının inflyasiyaya nəzarət etmək üçün 2017-ci ildə milli valyutanı ABŞ dollarına bağlılığının 1,7 manat səviyyəsində müəyyən etdiyini xatırladıb.

ADB-nin proqnozlarına görə, Azərbaycanda inflyasiya 2022-ci ildə 5,2 %, 2023-cü ildə 4 %, 2024-cü ildə 3,3 %, 2025-ci ildə 2,9 %, 2026-cı ildə 3,2 % olacaq. 2021-ci ildə ölkədə istehlak qiymətlərinin artımı 11,5 % təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO