Avropa Azərbaycandan daha çox fayda götürəcək – Vahid Əhmədov DETALLARI AÇIQLADI 

Avropa Azərbaycandan daha çox fayda götürəcək – Vahid Əhmədov DETALLARI AÇIQLADI 

Hazırda oxunan: Avropa Azərbaycandan daha çox fayda götürəcək – Vahid Əhmədov DETALLARI AÇIQLADI 

110580

“Dekarbın 14-də Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının görüşü keçirildi. Bu görüşdə ölkələr arasında əməkdaşlığın gücləndirilməsi məsələsi müzakirə olundu”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında səsləndirib.

“Türkmən qazının Azərbaycan üzərindən daşınması məsələsi aktuallaşıb. Hazırda Türkmənistan 35 milyard kubmetr qaz ixrac edir. Avropanın Rusiya qazına alternativ tapmaq istəyi maksimum həddə çatdığna görə, bu ideyanın reallaşması imkanı böyükdür. Görüşdə qaz kəməri ilə yanaşı, digər nəqliyyat məsələləri də müzakirə olundu. 
Türkmənbaşı görüşündən dərhal sonra Azərbaycandan enerjinin Qara dəniz vasitəsilə Avropaya ötürülməsi sahəsində çox mühüm saziş imzalandı.

Rumıniya ilə yanaşı, Macarıstanın da bu sazişə qoşulması mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, gələcəkdə Rumıniya və Macarıstandan başqa Avropa ölkələri də Azərbaycanla enerji əməkdaşlığından yararlana biləcəklər”, - deyə deputat əlavə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO