Qeyri-neft sektoru üzrə büdcə gəlirlərimizin bu il rekord səviyyədə artması nəyin göstəricisidir? - TƏHLİL

Qeyri-neft sektoru üzrə büdcə gəlirlərimizin bu il rekord səviyyədə artması nəyin göstəricisidir? - TƏHLİL

Hazırda oxunan: Qeyri-neft sektoru üzrə büdcə gəlirlərimizin bu il rekord səviyyədə artması nəyin göstəricisidir? - TƏHLİL

110389

“15 dekabr tarixinə olan məlumata görə, dövlət büdcəsinə vergi daxilolmalarının həcmi ilk dəfə olaraq 15 mlrd. manatı keçib. Qeydə alınan bu rekord göstərici həyata keçirilən mütərəqqi iqtisadi islahatların, səmərəli vergi inzibatçılığı və əlverişli biznes mühitinin təmin edilməsinin, cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinin nəticəsidir”.

Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında qeyd yazıb.

Təbii ki, bu uğur son illər ölkə iqtisadiyyatında aparılan islahatların, ixracın geniş miqyasda təşviqi, yerli istehsalın stimullaşdırılmasının konkret nəticəsidir. 10 il qabaq ÜMD-də qeyri-neft sektorunun payı 20, Büdcə gəlirlərində isə 25 faiz idi.  

Amma bu gün ÜDM-də qeyri-neft sektorunun payı 60 faizə yaxın, büdcə gəlirlərində isə 50 faizə yaxındır. 

Təsadüfi deyil ki, 2022-ci ildə qeyri neft-qaz sektorundan daxilolmalar isə 7,9 mlrd. manata çatıb. Bu son 20 ilin ən böyük iqtisadi uğurudur. Bu uğurun əldə olunmasında Ölkə Başçısının biləvasitə “kölgə iqtisadiyyatı”na qarşı apardığı mübarizənin nəticəsidir. Son illər istər ölkə iqtisadiyyatında həm gəlirlərin, həm də xərclərin smetasında bir şəfvaflıq nəzərə çarpır. Artıq iş adamları həm vergi, həm də digər ödəmələrdə leqal fəaliyyətə üstünlük verirlər. Eləcə də, əməkhaqlarının verilməsində böyük ölçüdə şəffaflıq təmin edilib.

Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov Bizim.Media-ya açıqlamasında 2015-ci ildən sonra bir qayda olaraq neft-sektoru üzrə büdcə gəlirlərinin ildəil artdığını bildirdi:

“Nəzərə alaq ki, 2014-cü ildə büdcə gəlirlərinin cəmi 20 faizi qeyri-neft sektorunun payına düşürdü. Son 7 ildə bu rəqəm 50 faizədək yüksəlib. Praktik olaraq büdcə gəlirlərinin yarısı neftdənkənar sektorun hesabına formalaşır. 

Qeyri-neft sektorunun büdcə gəlirlərində artması ÜDM-də  neft-qaz sənayesindən kənardakı iqtisadiyyatın böyüməsi ilə bağlıdır. ÜDM-də qeyri-neft sektorunun payı son illər 2 dəfə artıb. Artımın digər səbəbi isə “kölgə iqtisadiyyatı”na qarşı uğurlu mübarizənin aparılmaısıdr.

İqtisadiyyat nə qədər “ağarırsa” “kölgə iqtisadiyyatı”nın payı bir o qədər azalır. 

Bu da son nəticədə qeyri-neft sektorundan büdcəyə gələn vəsaitin artmasına səbəb olur. Son 4 ildə iqtisadiyyatın “ağarması” daha çox özünü büdcə gəlirlərində göstərir”.

Millət vəkili büdcə gəlirlərində və ÜDM-də qeyri-neft sektorunun payının artmasını çox vacib və uğurlu faktor hesab edir”

“Çünki, bu fiksal gəlirlərin artmasında neftdən asılılığın minimuma enməsi deməkdir. İqtisadi sahədə həyata keçirilən islahatlar və 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası bizdə belə bir inam yaradıb ki, yaxın bir neçə ildə büdcə gəlirlərində qeyri-neft sektorunun payı daha da artacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO