Zəngəzur dəhlizində görülən işlər açıqlandı

Zəngəzur dəhlizində görülən işlər açıqlandı

Hazırda oxunan: Zəngəzur dəhlizində görülən işlər açıqlandı

110295

Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində dəmir yolu xətti üzrə işlərin 40 faizi, avtomobil yolunda isə 70 faizi tamamlanıb. Şərqlə Qərb ölkələrini birləşdirə biləcək Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolu və avtomobil yollarında tikinti prosesi davam edir.

Bizim.Media xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülmüş işlər və qarşıda duran planlar barədə brifinqdə deyib.

V.Hacıyev qeyd edib ki, Şərqi Zəngəzurun yenidən qurulması prosesində kifayət qədər çətinliklər olsa da, eyni zamanda, böyük imkanlar var: 

"Əsas problemlərdən biri minalardan təmizləmə və təhlükəsizliklə bağlı idi. Şəhər və kəndlərdə dayanıqlığa nail olmaq üçün təhlükəsizliyin, sabitliyin və əmin-amanlığın təmin edilməsi birinci prioritetdir. Yenidənqurma səylərinə və məcburi köçkünlərin təhlükəsiz qayıtmasına əsas maneələrdən biri işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı qurğuları ilə kütləvi şəkildə çirklənməsidir. Hazırda Şərqi Zəngəzurun minalardan təmizlənməsi prosesi davam edir”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO