“İKT sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etdik” – Rəşad Nəbiyev 

“İKT sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etdik” – Rəşad Nəbiyev 

Hazırda oxunan: “İKT sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etdik” – Rəşad Nəbiyev 

110056

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi ilə Rəşad Nəbiyev arasında İKT sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tviterdə bildirib.

Nazir Türk Dövlətləri Təşkilatının yeni təyin olunmuş Baş katibi Kubanıçbek Omuralievin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

“Ölkəmizin təşkilatla nəqliyyat və İKT sahəsində əməkdaşlığının mövcud vəziyyəti və perspektivlərini müzakirə etdik. Nümayəndə heyətinə Zəngəzur dəhlizinin üzv dövlətlər üçün əhəmiyyəti və işğaldan azad olunmuş ərazilərimizdə nəqliyyat və rabitə infrastrukturunun inşası üzrə görülən işlər barədə məlumat verdik.
Orta Dəhliz boyunca tranzitin asanlaşdırılması, o cümlədən nəqliyyat əməliyyatlarının rəqəmsallaşdırılması istiqamətində Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər haqqında danışdıq”, - nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO