Rusiyadan Azərbaycana pul köçürmələri kəskin şəkildə artıb.
Bizim.Media Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin ilk 9 ayında Azərbaycana Rusiyadan cəmi 409,35 milyon dollar vəsait köçürüldüyü halda bu ilin eyni dövründə 2,28 milard dollara yaxın vəsait köçürülüb.
Müqayisə göstərir ki, bu il köçürülən pulun məbləği 1,87 milyard dollar, yəni 4,57 dəfə artıb. Rusiyadan Azərbaycana pul köçürülməsində kəskin artım birinci rübdən sonra baş verib.
Mərkəzi Bank bildirir ki, ilk rübdə 100 milyon dollar köçürülüb ki, bu da 2021-ci ilin birinci rübü ilə müqayisədə 20 milyon dollar azdır. Amma ikinci rübdə köçürülən pulun məbləği 1,18 milyard dollardan çox artaraq 1,283 milyard dolları ötüb. Üçüncü rübdə isə köçürmələr daha 1 milyard dollar artıb. 2022-ci ilin 9 ayında Azərbaycandan Rusiyaya köçürülən pulun məbləği isə azalıb. Ötən ilin eyni dövründə 85,5 milyon dollar köçürüldüyü halda bu il bu rəqəm vur-tut 68,16 milyon dollara olub. Nəticədə, Rusiya ilə Azərbaycan arasında pul köçürmələrində fərq müsbət 2,17 milyard dollar təşkil edib.
Bəs, Rusiyadan pul köçürmələrdə bu qədər sıçrayışın olması nə ilə bağlıdır?
İqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media-ya bildirdi ki, Azərbaycana pul köçürmələrinin artmasının yeganə səbəbi Rusiya ətrafında baş verən hadisələrdir:
“Nəzərə alaq ki, Rusiyada valyuta əməliyyatlarına ciddi nəzarət var. Hətta bir çox xarici bank kartları da işləmir. Belə vəziyyətdə külli miqdarda vəsaitin Azərbaycana köçürülməsi 2 faktorla izah oluna bilər.
Birincisi, Rusiyadakı soydaşlarımız Azərbaycana məxsus bank kartlarına pul oturtmaqla öz vəsaitlərini qorumağa çalışırlar. Təsadüfi deyil ki, son vaxtlar ölkəmizdə bank kartlarının satışı əhəmiyyətli dərəcədə artıb.
İkincisi, Azərbaycandan pul köçürmələri üçün tranzit ölkə kimi istifadə olunur. Bildiyiniz kimi Azərbaycandan xarici ölkələrə pul köçürtmək çox asandır. Ola bilsin ki, bir müddət sonra həmin vəsaitlər Azərbaycan üzərindən üçüncü ölkəyə ötürüləcək”.
Natiq Cəfərli bu vəsaitin ölkəmizə investisiya kimi gəldiyini istisna edir:
“Bu vəsaitlər investisiya kimi gəlsə idi, onda başqa parametrlər görəsənərdi. Çünki, istənilən investisiya ictimai maraq kəsb etdiyindən çox tez məlumat yayılır”.
Mənzil bazarı hazırda ən yaxşı indiqatordur. Ölkəyə gələn istənilən pul kütləsi ilk növbədə mənzil bazarında özünü göstərir.
Elə isə mənzil bazarında vəziyyət necədir?
Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov Bizim.Media-ya bildirdi ki, həm mənzil bazarında, həm də qeyri-yaşayış sahələrinin satışında diamika var:
“Mənzil bazarında son bir ildə 10 faiz civarında qiymət artımı qeydə alınıb. Bu da o deməkdir ki, həm mənzil alqı-satqısında, həm də kommersiya obyektlərinin satışında artım var. Təbii ki, qiymət artımında kənardan gələn vəsaitin xüsusi payı var”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:10 / 16.12.2022
Rusiyadan Azərbaycana gələn 2 milyard dollar hara yoxa çıxıb? - AÇIQLAMA
Hazırda oxunan: Rusiyadan Azərbaycana gələn 2 milyard dollar hara yoxa çıxıb? - AÇIQLAMA
Hazırda oxunan: Rusiyadan Azərbaycana gələn 2 milyard dollar hara yoxa çıxıb? - AÇIQLAMA
110010
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.