"Azərbaycanda enerji istehsalı artıb” - Pərviz Şahbazov

Hazırda oxunan: "Azərbaycanda enerji istehsalı artıb” - Pərviz Şahbazov

109914

Bu ilin 11 ayında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 % artıb. 

Bizim.Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün “Twitter” səhifəsində yazıb. 

Onun sözlərinə görə, bu ilin 11 ayında operativ məlumatlara əsasən, bu il ölkədə elektrik enerjisinin istehsalı 26 milyard 260,3 milyon kVt/saat, ixrac 2 milyard 546,8 milyon kVt/saat, idxal isə 126,3 milyon kVt/saat təşkil edib. 
Nazir bildirib ki, yanvar-noyabr aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpa olunan mənbələrdən 354,9 milyon kVt/saat artımla 1 milyard 855,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO