BTC ilə neftin nəqli 12%-dən çox artıb

BTC ilə neftin nəqli 12%-dən çox artıb

Hazırda oxunan: BTC ilə neftin nəqli 12%-dən çox artıb

109593

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 34 418,9 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 7,4% çoxdur. 

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, nəqletmənin 78,8%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 27 121 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 12,5% çox). 

Məlumata görə, hesabat dövrü ərzində BTC kəməri ilə 4 668,9 min ton tranzit nefti də (illik müqayisədə 45,36% çoxdur) nəql edilib. 

Xatırladaq ki, ötən il Azərbaycanda magistral neft kəmərləri ilə 35 018 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 0,86% çoxdur. Nəqletmənin 75,5%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, ötən il kəmər vasitəsilə 26 421,5 min ton neft ötürülüb (2020-ci ilin göstəricisi ilə müqayisədə 3,85% az).

Hesabat dövrü ərzində BTC kəməri ilə 3 598,4 min ton tranzit nefti də (7,4% az) nəql edilib.

Qeyd edək ki, BTC-nin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılıb, bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO