“Azərbaycandakı inflyasiyadan Mərkəzi Bank məşğul olmalıdır” – Dünya Bankı rəsmisi 

“Azərbaycandakı inflyasiyadan Mərkəzi Bank məşğul olmalıdır” – Dünya Bankı rəsmisi 

Hazırda oxunan: “Azərbaycandakı inflyasiyadan Mərkəzi Bank məşğul olmalıdır” – Dünya Bankı rəsmisi 

108836

“Azərbaycanın ixrac bazarlarını genişləndirmək üçün beynəlxalq təşkilatlara, ilk növbədə, ÜTT-yə üzvlüyü mühüm aspektdir. Bundan əlavə, məhsuldarlığın artırılması vacibdir".

Bizim.Media “report.az”a Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastyan Molineus deyib.

Onun sözlərinə görə, uzunmüddətli artım üçün daha məhsuldar qeyri-enerji sektorunun təmin edilməsi də vacibdir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan yüksək gəlirli ölkələr siyahısına daxil ola bilər - Dünya Bankı


“Bunun üçün də bir neçə şərt var. Dövlət müəssisələrinin özəl sektorun sahibkarlığını və yaradıcılığını əngəlləmədiyindən və ya sıxışdırmadığından əmin olmalısınız. İdarəetmə bacarıqlarının inkişafı da vacibdir. Yeni bazarlara çıxış, şübhəsiz ki, rəqabətqabiliyyətli və ölkənin irəliləməsinə kömək edə biləcək daha məhsuldar qeyri-neft sektorunun olmasını təmin etmək üçün mühümdür”, - DB rəsmisi vurğulayıb.

Azərbaycandakı inflyasiyadan danışan S.Molineus bildirib ki, onun tənzimlənməsi ilə ölkənin Mərkəzi Bankı məşğul olmalıdır.

“Eyni zamanda, xarici amillərin də ciddi təsiri var. Məsələn, Ukraynadakı müharibə və onun dünya qiymətlərinə təsiri. Ümumilikdə ölkənin gələcək iqtisadi artımı təmin etmək üçün həyata keçirə biləcəyi bir sıra tədbirlər var”, - o söyləyib.
“Mən vacib hesab etdiyim bəzi addımlara diqqət yetirmək istəyirəm. Birincisi, insan kapitalına sərmayə. Səhiyyəni nəzərdə tuturam, təhsilin keyfiyyətinin də yüksəldilməsi çox vacibdir. Hazırda Dünya Bankının İnsan Potensialı İndeksi kimi belə göstəricilərə baxsanız, Azərbaycan Avropa və Mərkəzi Asiya regionunda yuxarı orta gəlirli ölkələr və digər müqayisə edilə bilən ölkələr arasında orta səviyyədən aşağıdır. Azərbaycanın daha da inkişafına kömək etmək üçün burada insan kapitalının inkişafı sahəsində mühüm islahatlar aparıla bilər”, - S.Molineus fikrini tamamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO