ORTA DƏHLİZ nədir? – Beş dövlətin hazırladığı STRATEGİYA

ORTA DƏHLİZ nədir? – Beş dövlətin hazırladığı STRATEGİYA

Hazırda oxunan: ORTA DƏHLİZ nədir? – Beş dövlətin hazırladığı STRATEGİYA

108812

“Azərbaycan, Qazaxıstan, Türkiyə, Gürcüstan və Özbəkistan Orta Dəhlizdə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) infrastrukturun və sənədləşmənin rahatlığı üçün vahid strategiya üzərində işləyir”.

Bizim.Media xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bütün dövlətlər Orta Dəhlizin əhəmiyyətini başa düşür, xüsusilə Orta Asiya ölkələri anlayırlar ki, infrastruktur önəmlidir: 

"İnfrastrukturu olan ölkələr Orta Dəhlizdə aktiv olaraq işləyəcəklər. İnfrastrukturu olmayan ölkələr isə bu dəhlizdən yan keçəcəklər. Orta Asiya ölkələri, qonşularımız da bu infrastrukturun hazırlanması üçün ciddi işlər görür".

Azərbaycan unikal tranzit ölkəsidir

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu haqqında artıq neçə illərdir ki, ciddi müzakirələr aparılır. Bu danışıqlarda isə əsas moderator Azərbaycandır. Azərbaycan təkcə danışıqlara moderatorluq etmir, həm də layihənin reallaşması üçün konkret iş görür. Heç kimə sirr deyil ki, Qədim İpək yolu, həm də Şimal-Cənub dəhlizi boyunca Azərbaycan güclü infrastruktur yaradıb. Bu dəhlizlər boyu ən müasir tələblərə cavab verən avtomobil və dəmir yolu inşa edilib. Eləcə də Ələtdə beynəlxalq əhəmiyyətli ticarət limanı tikilib istifadəyə verilib. Hazırda Zəngəzur dəhlizi üçün inşaat işləri sürətlər aparılır. 

Həm yaradılan infrastruktur, həm də coğragi mövqe dünya dövlətləri üçün Azərbaycanı vazkeçilməz tranzit ölkəsi kimi tanımağa və onunla əməkdaşlığa sövq edir. Son illə Rusiyaya və İrana qarşı tətbiq edilən sanksiyalar və Ukraynadakı müharibə Avropa ilə Asiyanı əlaqələndirilməsində çox ciddi problemlər yaradıb. Bu gün Çindən, Hindistandan Avropaya, eləcə də əks istiqamətdə yükdaşımalar əsasən dəniz yolu vasitəsi ilə həyata keçirilir. Bu yol isə iqtisadi cəhətdən çox səmərəsizdir. Ona görə də Çindən İspaniyaya qədər bütün dövlət Transxəzər Nəqliyyat Marşurutuna yeganə çıxış yolu kimi baxır. Ona görə də regionun 5 dövləti tezliklə bu dəhlizi istismara vermək üçün bir araya gəlir.

Əslində, Bakı-Tiflis-Qars tranzit yolu xeyli müddətdir ki, istismardadır. Lakin, bu dəhlizin bütün potensialından istifadə edilmir. Ona görə də region dövlətləri bu dəhlizin rentabelliyini artırmaq üçün hərəkətə keçib. Maraqlı məqamlardan biri də Özbəkistanın bu layihəyə qoşulmasıdır. Yaxın zamanda Türkmənistanın da Transxəzərə qoşulacağı şübhə doğurmur. Nəticədə, regionda çox nəhəng nəqliyyat dəhlizi yaradılacaq.

Gözlər Zəngəzur dəhlizindədir 

Amma burda alternativ variant da var. Bu da Zəngəzur dəhlizidir. Bu dəhliz Bakı-Tiflis-Qars marşrutundan qısa və əlverişlidir. Lakin, Ermənistanın yanlış və antimilli siyasəti bu layihənin reallaşmasını ləngidir.

Məsələ ilə bağlı danışan iqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media-ya bildirdi ki, hökümətimiz Azərbaycanın beynəlxalq loqistik mərkəzə çevrilməsi üçün son illər çox ciddi yatırımlar edib:

“Ölkəmiz Şimal-Cənub və Qərb-Şərq tarnzit xətlərinin coğrafi olaraq mərkəzində yerləşir. Ona görə də tranzit ölkə kimi Azərbaycana beynəlxalq maraq çox böyükdür. Təsadüfi deyil ki, Zəngəzur dəhlizinin açılmasına Azərbaycan qədər bir sıra dövlətlər də maraqlıdır.Di gəl ki, bu dəhlizin bərpasına İran və Ermənistan hər vasitə ilə mane olmağa çalışır. Amma onlar unudurlar ki, bu siyasətləri ilə ən böyük ziyanı öz ölkələrinin iqtisadiyyatına vururlar. Ermənistanın mürtəce mövqeyi bu dövləti bütün beynəlxalq layihələrdən kənarda qoyub. Ermənilər hələ də özlərinin xaricdəki ağalarının təsiri altında öz xəstə ambisiyalarından əl çəkə bilmir. Bundansa ən çox ziyan görən ancaq erməni xalqıdır”. 

Ekspert onu da qeyd etdi ki, Ermənistan yanlış siyasəti hesabına daha bir tarixi şansı qaçırtmaq üzrədir:

“Bu da haqqında danışdığımız Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur. Halbuki, ermənilərin belə layihələrdə iştirakına çox böyük ehtiyacları var. Azərbaycanın zatən Ermənistansız da böyük həcmdə tranzit daşımaları reallaşdırmaq imkanı var”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO